Yerin ən dərin nöqtəsində güclü vulkan püskürmələrinin izləri aşkarlandı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlər Sakit okeanda yerləşən Mariana çökəkliyinin ən dərin hissəsi olan Çellencer uçurumunda qədim və güclü vulkan püskürmələrinin izlərini aşkar ediblər. Tapıntı okean dibində indiyədək qeydə alınmış ən dərin piroklastik süxur nümunələri hesab olunur və bu ərazinin geoloji quruluşu ilə bağlı təsəvvürləri dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Science” məlumat yayıb.
Tədqiqatçılar uzaqdan idarə olunan “Jason/Medea” sualtı robotunun köməyi ilə çökəkliyin divarında, suyun səthindən təxminən 6 min metr dərinlikdə vulkan mənşəli süxurlar aşkarlayıblar. Bu süxurlar güclü vulkan püskürmələri zamanı yaranan isti kül, qaz və qaya parçalarının qarışığından formalaşır.
Tədqiqatın həmmüəllifi, Dallasdakı Texas Universitetinin geoloqu Robert C. Stern bildirib ki, okean çökəkliklərinin yaxınlığında partlayış xarakterli vulkanizm nadir hadisədir. Buna görə də alimlər tapıntını gözlənilməz hesab edirlər.
Araşdırmada istifadə olunan “Jason/Medea” robotu 6500 metrədək dərinlikdə işləmək imkanına malikdir. Təxminən 10 kilometr uzunluğunda fiber-optik kabellə idarə olunan aparat sualtında foto və video çəkilişlər aparır, həmçinin mexaniki qolları vasitəsilə süxur və çöküntü nümunələri toplayır.
Müşahidələr zamanı Çellencer uçurumunun şərq hissəsinin qərb tərəflə müqayisədə daha dərin və dik yamaclara malik olduğu müəyyənləşdirilib. Məhz bu ərazidə nazik, hamar təbəqə şəklində yerləşən qədim vulkanik süxurlar aşkarlanıb.
Hələlik püskürmənin hansı nöqtədə baş verdiyi məlum deyil. Sternin sözlərinə görə, alimlər isti piroklastik axınların yamac boyunca aşağı hərəkət etdiyini müəyyənləşdiriblər. Lakin onların uzaq məsafə qət etmədiyi ehtimal olunur. Çünki süxurların yenidən əriməsi və bərkiməsi üçün kifayət qədər istilik saxlaması axınların uzun məsafə boyunca yayılmadığını göstərir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Çellencer uçurumunun necə formalaşdığını və Yer kürəsinin ən dərin nöqtələrindən birinin geoloji tarixini daha yaxşı anlamağa kömək edə bilər. Bununla belə, vulkan püskürmələrinin həmin ərazinin dərinliyinin yaranmasına hansı dərəcədə təsir göstərdiyi hələ də araşdırılmalıdır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















