Icma.az
close
up
RU
Arda Turan və Emre Belözoğlu Çempionlar Liqası tarixində ilkə imza atacaqlar

Arda Turan və Emre Belözoğlu Çempionlar Liqası tarixində ilkə imza atacaqlar

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının tarixində maraqlı hadisə yaşanacaq. Turnirin əsas mərhələsində ilk dəfə iki türkiyəli baş məşqçi rəqib komandaların sükanı arxasında üz-üzə gələcək.

Moderator.az xəbər verir ki, liqa mərhələsinin V turunda "Şaxtyor Donetsk" - "Fənərbağça" qarşılaşması Arda Turan və Emre Belözoğlunu rəqib tərəflərdə bir araya gətirəcək.

İki mütəxəssis futbolçu karyeraları ərzində uzun müddət Türkiyə millisində birlikdə çıxış edib. Arda 2006-2017-ci, Emre isə 2000-2019-cu illərdə yığmanın formasını geyinib. Onlar Türkiyə millisinin yarımfinala yüksəldiyi AVRO-2008-də də komanda yoldaşı olublar.

Arda və Emrenin yolları 2012-ci ildə İspaniyanın "Atletiko Madrid" klubunda yenidən kəsişib. Həmin ilin yayında "Fənərbağça"dan Madrid təmsilçisinə keçən Emre burada artıq çıxış edən Arda ilə eyni komandada oynayıb. Onların birlikdə qazandıqları ən əlamətdar uğurlardan biri 2012-ci il avqustun 31-də UEFA Superkubokunun finalında "Çelsi" üzərində 4:1 hesablı qələbə olub.

Arda Turan qarşılaşma öncəsi Emre Belözoğlu ilə münasibətlərindən də danışıb. O, həmkarının həyatında xüsusi yer tutduğunu, futbolçu olduqları vaxtdan aralarında böyük qardaş və kiçik qardaş münasibətinin olduğunu bildirib.

Turan uşaqlıqdan "Fənərbağça" ilə qarşılaşmağı arzuladığını, bu kluba qarşı heç bir mənfi münasibətinin olmadığını vurğulayıb. O, Emre Belözoğlu ilə Çempionlar Liqasında, "Stemford Bric"də üz-üzə gəlməyi xüsusi hadisə kimi dəyərləndirib:

"Bu qarşılaşma nəticəsindən asılı olmayaraq, həyatımın ən gözəl xatirələrindən biri olacaq. Emrenin övladları mənim üçün öz bacı və qardaşımın uşaqları kimidir. Ona və ailəsinə ən yaxşı arzularımı çatdırıram".

Qeyd edək ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması noyabrın 25-də İngiltərənin London şəhərindəki "Stemford Bric" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə Arda Turan və Emre Belözoğlu rəqib baş məşqçilər kimi üz-üzə gələcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri