Arda Turanın yeni klubu bəlli oldu
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Eyüpspor" klubunun baş məşqçisi Arda Turan karyerasında yeni səhifə açmağa hazırlaşır. Türkiyəli çalışdırıcı Ukraynanın tanınmış futbol klubu "Şaxtyor Donetsk"lə razılığa gəlib.
Milli.Az xəbər verir ki, əvvəllər yayılan xəbərlər inkar olunsa da, artıq anlaşmanın detallarının dəqiqləşdiyi bildirilir. Məlumata görə, tərəflər arasında iki illik müqavilə imzalanacaq və Arda Turan bu müqavilə çərçivəsində illik 2 milyon avro maaş alacaq.
Arda Turanın rəhbərliyi altında "Eyüpspor" bu mövsüm 35 oyuna çıxıb, bunlardan 14-də qalib gəlib, 8-də heç-heçə edib və 13 görüşdə uduzub.
Bu transfer Arda Turanın beynəlxalq səviyyədə ilk baş məşqçi təcrübəsi olacaq və onun məşqçilik karyerasında mühüm mərhələ hesab olunur.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















