Icma.az
close
up
RU
Tanınmış türkiyəli məşqçidən Arda Turanla bağlı qalmaqallı iddia

Tanınmış türkiyəli məşqçidən Arda Turanla bağlı qalmaqallı iddia

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin tanınmış mütəxəssislərindən olan Rza Çalımbay son açıqlaması ilə diqqət çəkib.

Son olaraq ötən mövsüm ''Sivasspor''u çalışdıran və bu klubu elitada saxlaya bilməyən Çalımbay hazırda işsizdi. Türkiyə çempionatı tarixində ən çox oyuna çıxan baş məşqçi statusunda olan Çalımbay 2023-də qısa müddət çalışdırdığı ''Beşiktaş''la bağlı danışıb, eləcə də bu yay ''Şaxtyor''un başına keçən Arda Turan ilə bağlı qalmaqallı fikir səsləndirib.
62 yaşlı mütəxəssis ''Axşam TV'' kanalına bunları deyib:

''Mən klubda baş məşqçi işlədiyim müddətdə yaşananlar ''Beşiktaş''a yaraşmadı. O dönəmdə Samet Aybaba, Feyyaz Uçar və başqan Hasan Arat mənimlə çalışmaq istədiklərini dedilər. Hətta yeni müqavilə də təklif etdilər. Onlara ''yalnız mənə sahib çıxacağınız təqdirdə müqaviləyə imza atacam'' dedim. İmza atdım, amma bir müddət sonra heç biri yanımda durmadı. Mənə qarşı yanlış hərəkətə yol verdilər. Sonra eyni durum onların öz başına gəldi. Bu yay ''Beşiktaş''ın transfer siyasətinin doğru olduğunu düşünmürəm. Orkun Kökçü yanlış seçimdi. Jedson Fernandeş olan yerdə ona nə ehtiyac var idi? Orkunu almaq əvəzinə Fernandeşi heyətdə saxlamaq lazım idi. Kökçü pulunu aldı və gəldi. Abrahamdan da səviyyəli bir hücumçu almaq olardı. ''Şaxtyor''a qarşı oyunlarda onu izlədik. Qeyri-adi bir şey sərgiləyə bilmədi və komanda hər iki oyunda uduzdu. Arda Turan? Fikrimcə, onu ''Şaxtyor''a menecerlər aparıb. Elə menecerlər var ki, həm məşqçiləri, həm də oyunçuları gənc yaşdan Avropaya daşıyırlar. Onlar düzgün yönləndirilmirlər. Elə Ardanın təyinatı da daha çox menecerlərin əməyidi''.

Çalımbay kimi tanınmış bir məşqçinin öz gənc həmkarı haqda dediyi bu sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Görünür, 24 illik məşqçi karyerasında bir dəfə də əcnəbi klub çalışdırmayan Çalımbayın Ardaya sadəcə paxıllığı tutur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri