Icma.az
close
up
RU
Ardaarda partlayışlar baş verdi: Ukrayna işıqsız qaldı

Ardaarda partlayışlar baş verdi: Ukrayna işıqsız qaldı

Ukraynanın enerji infrastrukturuna güclü zərbə endirilib.

Publika.az xəbər verir ki, Ukraynanın energetika naziri German Qaluşenko ölkənin enerji infrastrukturuna kütləvi hücum barədə məlumat yayıb.

Onun bəyanatı Energetika Nazirliyinin "Telegram" kanalında dərc olunub.

Qaluşenkonun sözlərinə görə, bölgələrdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.
“Strana.ua” nəşri yazır ki, Kiyevdə, eləcə də Dnepropetrovsk, Poltava və Donetsk vilayətlərində elektrik enerjisi kəsilib.

Rovno vilayətində isə raket zərbəsindən sonra su təchizatında fasilələr olacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində, eləcə də Kiyevdə ardıcıl partlayışlar qeydə alınıb.

Ləman

seeBaxış sayı:30
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri