Icma.az
close
up
RU
ARDNF 23 ölkədə 1400 iri şirkətin səhmlərinə sahibdir

ARDNF 23 ölkədə 1400 iri şirkətin səhmlərinə sahibdir

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırda 23 ölkədə fəaliyyət göstərən 1 400 iri şirkətin səhmlərinə malikdir.

Bunu "Report"a ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.

Onun sözlərinə görə, Fond müxtəlif sahələrə həmin sahələrin qlobal bazardakı kapitallaşma payına uyğun şəkildə investisiya yatırır: "Misal üçün, informasiya texnologiyalarının qlobal bazar payı 15-20 %, səhiyyə sektorunun payı isə təxminən 14 %-dir. Biz də bu göstəriciləri rəhbər tutaraq, investisiya portfelimizdə bu sahələrin nisbətini müəyyənləşdiririk".

V. Pşeniçnıy bildirib ki, hazırda ARDNF-in səhmlərə yönəltdiyi investisiyalar ümumi portfelin 22 %-ni təşkil edir: "Səhm bazarı riskli hesab olunur. Lakin risk alma imkanımız artdıqca, səhmlərə yönəlik investisiyalarımız da artır. Hazırda Fond qızıl, səhmlər və daşınmaz əmlaka investisiya yatırır. Doğrudur, daşınmaz əmlak və infrastruktur layihələrinə yönəlik yatırımlarımız hələlik nisbətən azdır və səhm portfelinin təxminən 7 %-ni təşkil edir. Ümumilikdə, səhmlər və özəl kapital investisiya portfelimizin 25 %-ni əhatə edir".

O əlavə edib ki, səhm bazarı Fond üçün ən aktiv bazardır: "Bu bazar qlobal xəbərlərə sürətlə reaksiya verir, nəticədə qiymətlərdə dəyişikliklər tez-tez müşahidə olunur. Buna görə də, burada aktiv iştirak və operativ risk idarəetməsi vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri