Icma.az
close
up
RU
Argentina liderliyi təmin etdi

Argentina liderliyi təmin etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin bu ay keçirilən 15-16-cı turlarından sonra final mərhələsinə daha iki komanda vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, gələn il ABŞ, Kanada və Meksikada təşkil ediləcək mundialda oynamayacaq ilk yığmanın da adına aydınlıq gəldi.
Xatırladaq ki, bu regionda azarkeşlərini erkən sevindirən ilk komanda Argentina olmuşdu. Sonuncu dünya çempionu martda Uruqvaya 1:0 hesabıyla qalib gəlməklə finişə 5 tur qalmış minimum 6-cı yeri özü üçün təmin etmişdi. Yeri gəlmişkən, Cənubi Amerikada seçmə turnirin yekun cədvəlində ilk 6 yeri tutan komanda final mərhələsinə vəsiqə qazanacaq, 7-ci yerin sahibi isə digər qitənin təmsilçisi ilə pley-off oyunları keçirəcək. Gözlənildiyi kimi, seçmə mərhələni uğurla keçirən Argentina iyunun 6-da Çilidən maksimum xal aldı. Xulian Alvaresin vurduğu yeganə qol “albiselesta”nın yekun cədvəldə də liderliyini təmin etdi. Lionel Skaloninin komandası Kolumbiya ilə ev oyununda 1:1 hesabına razılaşdı.
Regionun son oyunlar həftəsində əsas diqqət Braziliya yığmasının çıxışına yönəlmişdi. Martda Buenos Ayresdə Argentinaya 1:4 hesabıyla uduzan beşqat dünya çempionunda baş məşqçi dəyişikliyi qaçılmaz olmuşdu: milli komandanı 2024-cü ilin yanvarından çalışdıran Dorival Junior istefaya göndərilmişdi. Mayın son günlərində 62 yaşlı mütəxəssisin yerinə təyinat alan Karlo Ançelotti futbol tarixinə Braziliyanın baş məşqçi vəzifəsini tutan ilk əcnəbi kimi düşdü. 66 yaşlı italiyalının debütü çətin səfər oyununa təsadüf etdi. 14-cü turdan sonra 2-ci yerə çıxan Ekvador yığması 4-cü yerdə olan titullu rəqibini əksər oyun komponentlərində az da olsa üstələdi. Tərəflərin cəhdlərinə baxmayaraq, qapılara qol vurulmadı. Ançelottinin yeni komandası Paraqvaya qarşı növbəti matçda istədiyi nəticəyə nail oldu. Fasiləyə az qalmış Vinisius Juniorun vurduğu qol “sambaçılar”a dünya çempionatına erkən vəsiqə qazandırdı. Xüsusilə qeyd edək ki, Braziliya bütün mundiallarda iştirak edən yeganə komanda statusunu qorudu!
Maraqlıdı ki, “Real”da məhsuldar çıxışı ilə seçilən Vinisius cari seçmə turnirdə 2-ci qolunu vurdu. Onun seçmə mərhələdə meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə etdiyini də bildirək.
Braziliya vacib qələbə ilə 25 xalla 3-cü yerə çıxdı. Səfərdə Peru ilə qolsuz heç-heçəyə razılaşan Ekvador da eyni xala malikdi. Sebastyan Bessasesenin çalışdırdığı komanda topların daha yaxşı fərqinə əsasən 2-ci yerdəki mövqeyini qorudu. Uruqvay və Paraqvay hərəyə 24 xalla 4-5-ci pillələri bölüşür, 2 xala malik Kolumbiya isə 6-cı yerdədi.
Artıq seçmə turnirdə ilk uğursuzun adının müəyyənləşdiyini də qeyd edək. Argentinadan sonra Boliviyaya da uduzan (0:2) Çilinin gələnilki mundialda görünməyəcəyi dəqiqləşdi. Bu komandanın pley-offa vəsiqə verən 7-ci yeri tutmaq şansı qalmadı. Çili yığmasının ardıcıl 3-cü dünya çempionatını buraxacağını da bildirək.
Cənubi Amerika
15-ci tur

Çili - Argentina 0:1
X.Alvares, 16.
Argentina: E.Martines, Molina, Romero (Medina, 87), Balerdi, Talyafiko, De Paul, E.Palasios (Foyt, 46), Pas, Almada (Messi, 46), Simeone (Korrea, 87), X.Alvares (Mastantuono, 87).
Ekvador - Braziliya 0:0
Braziliya: Alisson, Markinyos, Aleşandro Ribeyro, Vanderson, Aleks Sandro, Kazemiro, Jerson (Andrey Santos, 78), Bruno Gimaraynş (Andreas Pereyra, 90+2), Rişarlison (Kunya, 64), Vinisius Junior, Estevao (Martinelli, 64).
Paraqvay - Uruqvay 2:0
Qalarsa, 13. Ensiso, 81-p.
Kolumbiya - Peru 0:0
Venesuela - Boliviya 2:0
Kuelyar, 5-öz qapısına. Rondon, 30.
16-cı tur
Argentina - Kolumbiya 1:1
Almada, 81 – L.Dias, 24.
Argentina: E.Martines, Molina (N.Qonsales, 46), Romero, Otamendi, Medina (Foyt, 78), Paredes, De Paul (Simeone, 46), E.Fernandes, Almada (Balerdi, 90+1), X.Alvares, Messi (E.Palasios, 78).
Braziliya - Paraqvay 1:0
Vinisius Junior, 44.
Braziliya: Alisson, Markinyos, Aleşandro Ribeyro, Aleks Sandro (Beraldo, 78), Vanderson (Danilo, 89), Kazemiro, Bruno Gimaraynş, Vinisius Junior (Jerson, 78), Rafinya, Kunya (Rişarlison, 78), Martinelli.
Peru - Ekvador 0:0
Uruqvay - Venesuela 2:0
Agirre, 43. De Arraskaeta, 47.
Boliviya - Çili 2:0
Miqelito, 5. Monteyro, 90.
1. Argentina 16 11 2 3 28-9 35
2. Ekvador (-3) 16 7 7 2 13-5 25
3. Braziliya 16 7 4 5 21-16 25
4. Uruqvay 16 6 6 4 19-12 24
5. Paraqvay 16 6 6 4 13-10 24
6. Kolumbiya 16 5 7 4 19-15 22
7. Venesuela 16 4 6 6 15-19 18
8. Boliviya 16 5 2 9 16-32 17
9. Peru 16 2 6 8 6-17 12
10. Çili 16 2 4 10 9-24 10
Bombardirlər: L.Dias (Kolumbiya) - 7, Messi (Argentina), Terseros (Boliviya) - 6, Rafinya (Braziliya), D.Nunyes (Uruqvay), Valensiya (Ekvador), Rondon (Venesuela) - 5.
Növbəti turun oyunları sentyabrın 3-də keçiriləcək: Argentina – Venesuela, Braziliya – Çili, Kolumbiya – Boliviya, Paraqvay – Ekvador, Uruqvay - Peru.
Asiya
3-cü mərhələnin yekunlarına görə qruplarda ilk iki yeri tutan İran, Özbəkistan, Koreya, İordaniya, Yaponiya və Avstraliya yığmaları dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Özbəkistan və İordaniya mundialda ilk dəfə oynayacaq. Qrupları 3-4-cü yerlərdə başa vuran BƏƏ, Qətər, İraq, Oman, Səudiyyə Ərəbistanı və İndoneziya komandaları 4-cü mərhələyə vəsiqə qazandı.
3-cü mərhələ
A qrupu, 9-cu tur
BƏƏ - Özbəkistan 0:0
Qətər - İran 1:0
Pedro Migel, 41.
KXDR - Qırğızıstan 2:2
Pak Kvan Hun, 44. Ri Co Quk, 53 - Alıkulov, 57. Kim Son He, 90+8-öz qapısına.
10-cu tur
İran - KXDR 3:0
Mohebi, 74. Taremi, 77. Hosseynzadə, 90+3.
Qırğızıstan - BƏƏ 1:1
Merk, 90+6 – Suhail, 30.
Özbəkistan - Qətər 3:0
Turqunboyev, 28. Şomurodov, 86. Sergeyev, 90+2.
Yekun cədvəl
1. İran 10 7 2 1 19-8 23
2. Özbəkistan 10 6 3 1 14-7 21
3. BƏƏ 10 4 3 3 15-8 15
4. Qətər 10 4 1 5 17-24 13
5. Qırğızıstan 10 2 2 6 12-18 8
6. KXDR 10 0 3 7 9-21 3
B qrupu, 9-cu tur
Oman - İordaniya 0:3
Olvan, 45+7-p.; 51; 64.
İraq - Koreya 0:2
Kim Cin Qyu, 63. O Hyon Qyu, 82.
Küveyt - Fələstin 0:2
Seyam, 32. Əbu-Əli, 88-p.
10-cu tur
Koreya - Küveyt 4:0
Cin Vu Con, Li Kan İn, 51. O Hyon Qyu, 54. Li Ca Sun, 72.
Fələstin - Oman 1:1
Harub, 49 – Əl-Sabhi, 90+7-p.
İordaniya - İraq 0:1
S.Casim, 77.
Yekun cədvəl
1. Koreya 10 6 4 0 20-7 22
2. İordaniya 10 4 4 2 16-8 16
3. İraq 10 4 3 3 9-9 15
4. Oman 10 3 2 5 9-14 11
5. Fələstin 10 2 4 4 10-13 10
6. Küveyt 10 0 5 5 7-20 5
C qrupu, 9-cu tur
Bəhreyn - Səudiyyə Ərəbistanı 0:2
Əl-Cuvayr, 16. Əl-Obud, 78.
Avstraliya - Yaponiya 1:0
Behiç, 90+1.
İndoneziya - Çin 1:0
Romenic, 45-p.
10-cu tur
Səudiyyə Ərəbistanı - Avstraliya 1:2
Əl-Obud, 19 - Metkalf, 42. Dyuk, 49.
Yaponiya - İndoneziya 6:0
Kamada, 15; 45+6. Kubo, 19. Mirosita, 55. Matino, 58. Hosoya, 80.
Çin - Bəhreyn 1:0
Vanq, 90+3-p.
Yekun cədvəl
1. Yaponiya 10 7 2 1 30-3 23
2. Avstraliya 10 5 4 1 16-7 19
3. Səudiyyə Ərəbistanı 10 3 4 3 7-8 13
4. İndoneziya 10 3 3 4 9-20 12
5. Çin 10 3 0 7 7-20 9
6. Bəhreyn 10 1 3 6 5-16 6

Bombardirlər:
Almoez Əli (Qətər) - 12, Son Hın Min (Koreya), Taremi (İran) - 10, Olvan (İordaniya) - 9.
Şimali və Mərkəzi Amerika
2-ci mərhələnin yekunlarına görə qruplarda ilk iki yeri tutan Honduras, Bermuda, Kosta Rika, Trinidad və Tobaqo, Kürasao, Haiti, Panama, Nikaraqua, Yamayka, Qvatemala, Surinam və Salvador yığmaları növbəti mərhələyə vəsiqə qazandı.
2-ci mərhələ, 3-5-ci turlar
A qrupu

Bermuda - Kayman adaları 5:0
Levis, 12-p. Arfitt-Uilyams, 54. Holl, 64. Lambe, 79. Karpenter, 85.
Antiqua və Barbuda – Kuba 0:1
Pedro Bravo, 45+8.
Kayman adaları - Honduras 0:1
Robinson, 86-öz qapısına.
Kuba – Bermuda 1:2
Agirre, 56 – Parfitt, 6. Lambe, 74.
Honduras - Antiqua və Barbuda 2:0
Montes, 49. Veqa, 80.
1. Honduras 4 4 0 0 12-2 12
2. Bermuda 4 2 1 1 9-8 7
3. Kuba 4 2 0 2 6-5 6
4. Kayman adaları 4 1 0 3 1-9 3
5. Antiqua və Barbuda 4 0 1 3 1-5 1
B qrupu
Qrenada - Baham adaları 6:0
Fransis, 15. Conson, 36. Fransua, 58. İsaak, 72. Harrak, 77. Levis, 90.
Trinidad və Tobaqo - Sent Kitts və Nevis 6:2
Qarsiya, 9. Sili, 29; 66. Molino, 48-p. Forçun, 85. Ceyms, 89 – Amori, 27. Uilyams, 45.
Baham adaları - Kosta Rika 0:8
A.Martines, 20. Mora, 37. Bran, 45+2. Qalo, 48. Uqalde, 51. Madriqal, 64; 79. Samora, 90.
Sent Kitts və Nevis - Qrenada 2:3
Simpson, 34. Soyers, 90+4 – Çarlz-Kuk, 49. Frensis, 76. Conson, 90+2.
Kosta Rika - Trinidad və Tobaqo 2:1
Mitçell, 23. Madriqall, 38 - Qarsiya, 58.
1. Kosta Rika 4 4 0 0 17-1 12
2. Trinidad və Tobaqo 4 2 1 1 16-7 7
3. Qrenada 4 2 1 1 11-7 7
4. Sent Kitts və Nevis 4 1 0 3 5-13 3
5. Baham adaları 4 0 0 4 1-22 0
C qrupu
Barbados - Aruba 1:1
Likok, 7-p. – Luydens, 15.
Kürasao - Sent Lyusiya 4:0
Kastaneer, 37; 52; 57. Bakuna, 74.
Aruba - Haiti 0:5
Danli, 29. Pyerro, 35. Providens, 61. Nazon, 67. Prunyer, 86.
Haiti – Kürasao 1:5
Didson, 61 - Kastaneer, 12. Qorre, 15. Marqarita, 69. Felida, 89. Antonis, 90+3.
Sent Lyusiya – Barbados 2:1
Elva, 42-p.; 90 - Riçards, 12.
1. Kürasao 4 4 0 0 15-2 13
2. Haiti 4 3 0 1 11-7 9
3. Sent Lyusiya 4 1 1 2 5-9 4
4. Aruba 4 0 2 2 3-10 2
5. Barbados 4 0 1 3 4-10 1
D qrupu
Montserrat - Beliz 1:0
Rocers, 2.
Nikaraqua - Qayana 1:0
Moreno, 41.
Beliz – Panama 0:2
Eskobar, 11. Gerrero, 50.
Qayana - Montserrat 3:0
Ferqyuson, 35. De Rosario, 38. Qlazqo, 72.
Panama - Nikaraqua 3:0
Yanis, 56. Dias, 88. Devis, 90+3.
1. Panama 4 4 0 0 10-1 12
2. Nikaraqua 4 3 0 1 9-4 9
3. Qayana 4 2 0 2 6-4 6
4. Montserrat 4 1 0 3 3-10 3
5. Beliz 4 0 0 4 1-10 0
E qrupu
Dominika - Britaniya Virgin adaları 3:0
Lavill, 29; 75. Xules, 35.
Qvatemala - Dominika Respublikası 4:2
Santis, 6; 59; 62. Samaoa, 53 - D.Romero, 56. Morşell, 36.
Britaniya Virgin adaları – Yamayka 0:1
Braun, 17.
Dominika Respublikası – Dominika 5:0
D.Romero, 6. Kaparos, 33. Dollenmayer, 39. Reyes, 44. Federiko, 89.
Yamayka - Qvatemala 3:0
Rassell, 26. Braun, 37; 73.
1. Yamayka 4 4 0 0 8-2 12
2. Qvatemala 4 3 0 1 13-5 9
3. Dominika Respublikası 4 2 0 2 11-5 6
4. Dominika 4 1 0 3 5-14 3
5. Britaniya Virgin adaları 4 0 0 4 0-11 0
F qrupu
Sent Vinsent və Qrenadin - Angilya 6:0
Anderson, 20; 69. Stüart, 25. Cozef, 59. Edvards, 61. Franklin, 85.
Surinam - Puerto Riko 1:0
Montnor, 79.
Angilya - Salvador 0:3
Ortis, 30. Xil, 45+5. Alvarado, 77.
Puerto Riko - Sent Vinsent və Qrenadin 2:1
Antonetti, 11. Eçevarriya, 77 - Anderson, 47.
Salvador - Surinam 1:1
Xil, 32 – Lonveyk, 19.
1. Surinam 4 3 1 0 10-2 10
2. Salvador 4 2 2 0 7-2 8
3. Puerto Riko 4 2 1 1 10-2 7
4. Sent Vinsent və Qrenadin 4 1 0 3 9-9 3
5. Angilya 4 0 0 4 0-21 0
Bombardirlər: Kastaneer (Kürasao) - 5, Anderson (Sent Vinsent və Qrenadin), D.Romero (Dominika Respublikası) - 4.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyun 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see161

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri