Argentinada 26 metrlik Messi heykəli ictimaiyyətə təqdim olundu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Argentina millisinin dünya çempionu kapitanı Lionel Messinin ən böyük abidəsi vətənində ictimaiyyətə təqdim olunub.
Milli.Az xəbər verir ki, "TyC Sports" telekanalının məlumatına görə, yeni abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Monumentin layihəsi heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.
Yeni abidə ölçülərinə görə Lionel Messiyə həsr olunmuş ən böyük heykəl hesab edilir.
Qeyd edək ki, iyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində ucaldılmış 21 metrlik Messi heykəli güclü küləklərdən sonra təhlükəsizlik və dayanıqlılıqla bağlı yaranan narahatlıqlar səbəbindən sökülmüşdü.
Beləliklə, Argentinada istifadəyə verilən yeni abidə həm ölçüsünə, həm də texniki göstəricilərinə görə əvvəlki rekordları geridə qoyub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 İyun 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















