Argentinada “Qəzəb yürüşü”
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 sentyabr, AZƏRTAC
Argentina paytaxtında hökumət əleyhinə etiraz aksiyasında minlərlə insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, "Qəzəb yürüşü" adlandırılan aksiyada solçu partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, tələbə birliklərinin və həmkarlar ittifaqlarının nümayəndələri Konqres binasından prezident sarayının qarşısındakı meydana doğru yürüş edib.
Meydanda təşkilatçılar yürüşün yekun sənədi oxunub. Sənəddə etirazçıların açıq-aşkar bərabərsizlik, özbaşınalıq və mütəşəkkil yalanlar qarşısında yaranan dərin qəzəbi ifadə etmək üçün gəldikləri bildirilib.
Yürüş iştirakçıları Argentina prezidenti Xavyer Miley hökumətinin siyasətini tənqid edən plakatlar daşıyıblar.
Argentinada inflyasiyanın yüksəlməsi fonunda iqtisadiyyat getdikcə zəifləyib. İkinci rübdə ÜDM birinci rüblə müqayisədə 0,6%, ümumi kapital yığımı isə illik müqayisədə 11,1% azalıb.
Baxış sayı:94
Bu xəbər 20 Sentyabr 2026 06:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















