Arif Bağıyevin ölümü barədə rəsmi açıqlama
Icma.az bildirir, Bakupost portalına istinadən.
Sumqayıt Şəhər Prokurorluğu gecə saatlarında törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Bakupost.az prokurorluğa istinadən xəbər verir ki, iyulun 12-si gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Şirvanda azyaşlının ölümü barədə TƏBİBdən açıqlama
30 Noyabr 2024 11:43
Nazirlik Arif Babayevin ölümü ilə bağlı nekroloq yaydı
01 Avqust 2025 09:16
Şirvanda azyaşlının ölümü barədə TƏBİBdən açıqlama Yeni Çağ Media
30 Noyabr 2024 11:28
Şirvanda azyaşlının ölümü barədə TƏBİBdən AÇIQLAMA
30 Noyabr 2024 11:18
Baxış sayı:63
Bu xəbər 12 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















