Icma.az
close
up
RU
Arif Əbdüloğlu vəfat etdi

Arif Əbdüloğlu vəfat etdi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.

Modern.az-ın məlumatına görə, o, ötən gün 86 yaşında dünyasını dəyişib.

1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi “Aprel çiçəkləri” almanaxında çap olunmuşdur. 1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində işə başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoymuşdur.

Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanmışdır.

Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmış, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilmişdir. 

Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutmuşdur.

Azərbaycan ədəbi ictimaiyyəti böyük bir ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm təvazökar insan, həm də ustad sənətkar kimi yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət və vətən sevgisi simvolu olaraq qalacaqdır.

Allah rəhmət eləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri