Icma.az
close
up
RU
Arif Əsədov: Futbolumuzun inkişafı üçün problemləri kökündən həll etmək lazımdır AZƏRTAC

Arif Əsədov: Futbolumuzun inkişafı üçün problemləri kökündən həll etmək lazımdır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 yanvar, AZƏRTAC

“Düşünürəm ki, bu, Azərbaycan futbolu üçün xeyirli layihədir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Arif Əsədov AFFA-nın yeni inkişaf strategiyası ilə bağlı danışarkən deyib.

Mütəxəssis layihədə yer alan bəndlərdə ən çox diqqətini cəlb edən məqamları qeyd edib: “Bölgələrdə akademiyaların yaradılması, stadionların tikilməsi və bərpası, innovativ mərkəzin qurulması, məşqçi və futbolçuların təkmilləşməsi üçün işlərin görüləcəyinə dair bəndlər futbolumuzun inkişafını təkan verə bilər. Ən vacibi sadalananları icra etməkdir. Futbolumuzdakı problemləri həll etmək üçün bu məsələlərə ədalət və vicdanla yanaşmaq lazımdır. AFFA rəhbərliyi bunu demokratik şəkildə həyata keçirmək istəyir. Bu strategiyanın yaradılmasında demokratik prinsiplərdən istifadə olunub. Burada həm ictimaiyyətin, həm futbol adamlarının, həmçinin bir çox qurumların fikirləri önəmlidir. Məsələlərə AFFA tərəfindən diqqət yetirilib. Qurumlara öz təkliflərini irəli sürmək üçün əlavə vaxt da verilmişdi. Bu da onu göstərir ki, strategiyanın həllində və yerinə yetirilməsində qurumların komplektləşdirilmiş fikirləri mühüm əhəmiyyət kəsb edir. Lakin bütün bu sadalananlar kağız üzərində qalmamalı, bunları reallaşdırmaq üçün çoxlu kadrlar və mütəxəssislər cəlb olunmalıdır. Hətta problemləri həll etmək, hədəfləri yerinə yetirmək üçün ölkəmizə əcnəbi mütəxəssislər də dəvət oluna bilər”.

O, Azərbaycan futbolunun əsas problemlərindən də bəhs edib: “Futbolumuzda əsas problem akademiyaların azlıq təşkil etməsi, infrastrukturun lazımi şəkildə olmaması, uşaq futboluna diqqətin az olmasıdır. Yaxşı formada olan futbolçularımızın əksəriyyəti 19 yaşdan sonra eniş dövrlərini yaşayırlar. Buna görə də problemləri kökündən həll etmək lazımdır. Yəni birbaşa əsas yığmanın nəticələrinin yaxşılaşdırılması üçün addımlar atılmamalı, problemin özəyini tapıb, onun üzərində işləmək lazımdır. Təbii ki, layihədə milli komandaların inkişafı üçün də müxtəlif tələblər qoyulub. Amma əsas prioritet aşağı yaş qruplarına diqqətin artırılması, infrastrukturun yaxşılaşdırılması, klublarımızın tam formalaşmasına diqqət yetirmək və yaxşı mütəxəssislərin yetişdirilməsidir. Hər kəs öz məsuliyyətini dərk etməli, işinə vicdanla yanaşmalıdır. Bu, təkcə AFFA-nın işi deyil. Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi də məsələlərin həlli üçün səylər göstərməlidirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri