Icma.az
close
up
RU
Millimizdəki problemləri aradan qaldırmaq üçün futbolumuzun fundamentində dəyişiliklər olunmalıdır MÜSAHİBƏ

Millimizdəki problemləri aradan qaldırmaq üçün futbolumuzun fundamentində dəyişiliklər olunmalıdır MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?

Önəmli odur ki, millimiz yerli məşqçiyə tapşırıldı. Düşünürəm ki, indiki məqamda xarici məşqçi millimizə heç bir xeyir verə bilməyəcəkdi. Ukrayna ilə oyundan sonra Ayxan Abbasovun millimizin baş məşqçi postunda qalacağına əmin idim.

- Abbasov millidə uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsəetmək çətindir, uzunmüddətli müqavilə olduğunu ehtimal etsək, daha bərk, daha güclü komanda yarada biləcək?

Ukrayna ilə oyun göstərdi ki, millimizdə yerli məşqçi effektli işləyir. Bu, çox aspektdən irəli gəlir. Birinci və ən önəmlisi də, mentalitetdir. Millimizin səviyyə baxımından Avropanın bir çox komandasından geri qalır. Bu cür ağır oyunları, daha çox ciddi motivasiya, yanaşma və milli ruhun gücü ilə çıxara bilərik. Heç bir xarici məşqçi bizim millimizə bunu verə bilməz. Ayxan Abbasovu millinin baş məşqçi postuna gətirmişiksə, təbii ki, ona güvənib, uzunmüddətli plan qurmaq lazımdır. 

- Milliyə dəvət edilənlər arasında klublarında oynamayanlar da az deyil. Mahir Emreli artıq 5 turdur ki, "Kayzerslautern"in heyətində meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?

Bəli, elə oyunçular var və bu millimiz üçün yaxşı hal deyil. Əgər oyunçu öz klubunda oynamırsa, düşünmürəm ki, həmin futbolçu milliyə 100 faiz xeyir verə bilsin. Amma digər tərəfdən baxanda, Ayxan Abbasovu da qınamaq olmur. Seçim o qədər da geniş deyil. Bəziləri klublarda oynamasalar belə, daimi oynayanlardan yaxşıdır. Məncə, milliyə ən yaxşılar yığılıb. Mahir Emrelinin özünü deyə bilərəm. O, Almaniya 2-ci Bundesliqasının oyunçusudur, Azərbaycanın ən yaxşı futbolçularından biridir. Son vaxtlar “Kayzerslautern”də oynamaması yaxşı deyil. Lakin Mahir peşəkardır və öz təcrübəsi, keyfiyətləri ilə millimizə kömək edəcəyini düşünürəm. 

- Azərbaycan milli komandasını qarşıda Fransa ilə oyun gözləyir. Bu görüşün afişasını düşünəndə, çoxlarının gözünüzün qarşısına 1995-ci ildəki Fransa-Azərbaycan(10:0) görüşü canlanır. Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?

Həmin oyundan 30 il keçib. O vaxtdan bu yana futbol çox dəyişib. Düşünürəm ki, bu qədər keçmişə baxaraq, nəyisə müqayisə etməkdənsə, irəli baxıb gələcəyi düşünməliyik. Futbolumuzun problemləri böyükdür. Millimiz də bu problemləri özündə əks etdirir. Azərbaycan yığmasındakı problemləri aradan qaldırmaq, hər şeyi düzəltmək üçün futbolumuzun fundamentində dəyişiliklər olmalıdır. Fundament isə infrastruktur və uşaq futboludur. 

- Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Fransa, Ukrayna və İslandiya ilə görüşlərdən xal götürməyimiz mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq? Yəqin ki, Ayxan Abbasovun qarşısındakı əsas hədəf Millətlər Liqasında D divizionundan millini C divizionuna çıxarmaq olar?

Məncə, bu qrupdakı son 4 oyunu Millətlər Liqasına hazırlıq kimi dəyərləndirilməlidir. Çünki real baxdıqda, bu oyunlarda artıq bizim qrupdan çıxmaq şansımız yoxdur. Xal qazanmağımız da inandırıcı görünmür. Amma Millətlər Liqasının D divizionunda bu cür səviyyəli rəqiblərə qarşı da oynamayacağıq. Bu oyunlardan özümüz üçün maksimum xeyir götürməliyik ki, ML-də D divizionunun qalibi kimi C divizionuna geri qayıdaq. Millimizə və Ayxan Abbasova uğurlar arzu edirəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see288

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see213

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see157

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see153

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see152

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see146

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see146

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see144

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see134

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see133

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see133

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see132

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see131

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see129

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see128

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see127

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see125

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see125

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see124

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri