Arılar sürüyə hücum etdi, 1000 qoyun öldü
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İğdır rayonundan olan İsmayıl Naral adlı şəxs dünən təxminən 4 min baş qoyundan ibarət sürünü 4 çobanla birlikdə Tuzluca rayonundakı yaylaya aparmaq üçün yola çıxıb.
Qaynarinfo xəbər verir ki, sürü Hakmehmet kəndi ilə Ağaver kəndi arasında olarkən ərazidə saxlanılan 200 arı pətəyindəki arılar sürüyə hücum edib. Panikaya düşən sürü qaçmağa başlayıb və nəticədə heyvanlar sulama kanalının kənarındakı maili sahədə yuvarlanıb. Hadisə zamanı təxminən 1000 qoyun tələf olub.
Arı sancması nəticəsində İsmayıl Naral və 4 çoban da xəstəxanaya yerləşdirilib. Hadisə barədə məlumat verildikdən sonra əraziyə jandarma, AFAD və İğdır Bələdiyyəsinin yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub, araşdırma aparılıb.
İsmayıl Naral bildirib ki, izdiham nəticəsində təxminən 1000 qoyun tələf olub: "Jandarma və AFAD gəlib araşdırma apardı. Tələf olan heyvanlar hələ də ərazidədir. Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin ziyanı qiymətləndirməsini gözləyirik. Zərərimiz çox böyükdür".
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 May 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















