Icma.az
close
up
RU
Статья не опубликована
Arıqlama çayı və qəhvələrinin istifadəsinin yaratdığı TƏHLÜKƏ

Arıqlama çayı və qəhvələrinin istifadəsinin yaratdığı TƏHLÜKƏ

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Ötən ay Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda son dövrlər elektron ticarət yolu ilə kütləvi formada Azərbaycana gətirilən “arıqlama çayı və qəhvələr”in tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin aşkarlandığı bəyan edilmişdi.

Bu xüsusda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları da tövsiyə olunmuşdu.

Report mövzunun aktuallığını və insan sağlamlığı üçün önəmini nəzərə alaraq ölkəyə bu tip məhsulların gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının hansı qabaqlayıcı tədbirlər gördüyünü, eləcə də tərkibində öldürücü maddənin olduğu “arıqlama çayı və qəhvələri” necə ayırd edə bilinər kimi suallara cavab tapmağa çalışıb.

Həkim-dietoloq Leyla Zülfüqarlı bu kimi məhsulların olduqca təhlükəli olduğuna diqqət çəkib:

“Təəssüf ki, bir çox çayın tərkibində “sibutramin” maddəsinin olması gizli tutulur və insanlar məhsulun tərkibində bu maddənin olduğunu belə bilmir. Hətta deyərdim ki, böyük ehtimal bir çox çayların tərkibində həmin maddə var. İnsanlara aldıqları məhsulların tərkibini diqqətlə oxumağı tövsiyə edirəm".

Milli Məclisin deputatı Müşfiq Məmmədli isə vurğulayıb ki, həmin məhsulların insan orqanizminə zərər verəcəyi bilinərsə, o zaman satış təşkilatları məsul şəxslər inzibati məsuliyyət daşıya bilərlər.

Qeyd edək ki, “sibutramin” maddəsi 18 mart 2016-cı il tarixli qanunvericiliklə təsdiqlənmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Bu tərkibdə malların gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

“Sibutramin” təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən “sibutramin”in istifadəsi bir çox ölkələrdə dayandırılıb.

Mövzu ilə bağlı daha ətraflı məlumat təqdim etdiyimiz videosüjetdə əks olunub.

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 15 Mart 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri