Icma.az
close
up
RU
Arıqlamaq üçün oruc tutmaq, reklam xarakterli iftar vermək qəbul edilmir! Din xadimi

Arıqlamaq üçün oruc tutmaq, reklam xarakterli iftar vermək qəbul edilmir! Din xadimi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İslamın beş əsas şərtindən biri olan oruc ibadətinin yerinə yetirildiyi mübarək Ramazan ayı başlayır. Sabahdan – 1 mart tarixindən etibarən müsəlmanlar 30 gün müddətində oruc tutacaqlar.
On bir ayın sultanı olan Ramazan ayı boyunca müsəlmanlar həm də daha çox Quran oxumağa, dua etməyə və xeyir işlər görməyə daha çox diqqət yetirəcəklərlər.
“Ramazan sözünün etimoloji mənası “rəməzə” sözündən götürülüb. Tərcüməsi isə “yanmaq”, “yandırmaq” anlamındadır. Yəni, insanlar 11 ay ərzində etdiyi günahları bu ay yandırır, yox edir. Bu ayda təkcə, cismin ac qalmağı deyil, ruhun Allaha təslim olması vacibdir. İnsanlar bir-biri ilə olan dostluq, qonşuluq əlaqələrinə riayət etməlidir. Küsülülərin barışması, Vətənə olan sevgi, maddi-mənəvi paylaşım, ruhların saflaşması bu ayın fəzilətlərindəndir”.

Bu fikirləri Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, İçərişəhərdəki “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli bildirib.
Din xadimi deyir ki, Ramazan ayında çəkinin azalması üçün oruc tutmaq düzgün deyil. Halbuki bəziləri orucu sırf arıqlamaq məqsədilə tuturlar:
“Bu ayın əvvəli rəhmət, ortası bağışlanmaq, sonu isə cəhənnəm odundan qurtuluşdur. Ramazan ayının əsas mənası bu ayda görülən bütün işlərin Allaha xatir edilməsidir. Bura edilən dualar, tutulan oruclar, sosial həmrəyliklər aiddir. Bunların kökündə Allahın əmri dayanır. Əgər bir şəxs arıqlamaq məqsədilə oruc tutursa, o qəbul edilmir”.

Hacı Surxay builki Ramazan ayının qədim Novruz bayramına təsadüf etdiyini də xatırladıb:
“Şəriət baxımından, belə günlərin üst-üstə düşməsi çətinlik yaratmaz.  İnsanlar bayram nemətlərini ailəvi şəkildə toplaşıb iftar vaxtı dualarını etdikdən sonra dadsalar, onlar üçün savab olar. Bayram o zaman öz fəzilətini bizə bəxş edir. Lakin, bilərəkdən orucu yemək 61 gün qəzaya səbəb olur”.

Müsahibimiz qeyd edib ki, bir şəxs il boyu zərərli vərdişlərə aludəçilik edir, içki içib zina ilə məşğul olur, sonra da oruc tutarsa, bu, bütün günahların bağışlanmasına dəlalət etmir.
“Bizim milli dəyərlərimizdə belə göstərilib ki, Məhərrəm ayı gələn zaman içkidən uzaq durarlar. Bu da müqəddəs aylarda həmin vərdişlərin haram olduğunu sübut edir. Ramazan ayında bir şəxs günahlardan çəkilib Allaha yaxın olarsa, həmin şəxsin orucu Allah qatında qəbul olunar. Biz heç kəsin orucunun qəbul olunub-olunmadığına şübhə edə bilmərik. Bunu hətta namaz qılmayıb oruc tutan şəxslərə də aid edirlər. Belə əməllərin düzgün edilməsi insan həyasına bağlıdır”.
Din xadimi iftar süfrələri açıb özünü reklam edən imkanlı şəxslər haqqında da fikir bildirib.

O, iki cür ibadətin olduğunu vurğulayıb: maddi və mənəvi:
“Bir şəxs kiçik savab edərsə, lakin bunu Allaha xatir gizlədərsə, qarşılığı Allah tərəfindən veriləcək. Əksinə, reklam xarakterli “savab”ın Allah qatında dərəcəsi olmaz. Ramazan ayı özü buyurub ki, varlı şəxslər süfrə açıb imkansızları şad etsin. Bu məqbul sayılır”. 

Bəs Ramazan ayında uşaqların da oruc tutması necə, qobul olunan ibadətdirmi? Hacı Surxay Məmmədli buna da aydınlıq gətirib:
“Şəriət baxımından dini hökmlər qız uşaqları üçün 9 yaşdan, oğlanlarda isə 15 yaşdan başlayır. Lakin istisna hallar da var. Ola bilər ki, oğlanın 20, qızın 15 yaşı var. Amma səhhətləri buna icazə vermir.  Qurani-Kərimdə deyilir ki, xəstə və səfər zamanı oruc tutulmamalıdır. Bədən sağaldıqdan sonra vacib əməlləri etmək düzgün sayılır.  Bir də bu ayın başlandığı andan sonuna qədər imkanlı şəxslərin fitrə zəkatının verilməsi savab sayılır. Fitrə zəkatının miqdarı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi öncədən məlumat təqdim edəcək”.
Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri