“Aris”ə hörmət edir, amma “Araz”ın keyfiyyətinə inanırıq” “Futbol+”çi Yunanıstan mediasına danışdı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yunanıstanın “Metrosport.gr” nəşri bu gün “Football-plus.az” saytının əməkdaşı Müzəffər Quluzadanin qarşıdakı oyunla bağlı açıqlamasına yer ayırıb.
"Müzəffər Quluzadə Azərbaycandakı müxbirimiz Giorqos Stranzalisə danışarkən “Araz Naxçıvan”ın bu axşam Bakıda keçiriləcək Konfrans Liqası oyununda “Aris” üzərində qələbə qazana biləcəyinə inandığını bildirib. Azərbaycanlı jurnalist “sarı-qaralar”ın keyfiyyətini və Avropa təcrübəsini etiraf etsə də, “Araz”ın tarix yazmaq potensialına malik olduğunu vurğulayır: “Biz “Aris”ə hörmətlə yanaşırıq, lakin inanırıq ki, “Araz Naxçıvan” növbəti mərhələyə keçə bilər”.
"Araz” cəmi üç mövsümdü Azərbaycan premyer-liqasında çıxış etsə də, 3-cü yeri tutmaq sayəsində tarixində ilk dəfə Avropada iştirakını təmin edə bildi. İki il əvvəl "Qəbələ" ilə kuboku qazanmış məşqçi Elmar Baxşıyevin gəlişi kluba yeni həyat verdi", - deyə o, əlavə edir.
Bildirir ki, Baxşıyev Kristian Avram, İqor Ribeyro, Patrik Andrade, Qara Qarayev, Felipe Santos və Quluzadənin “Aris”lə oyunlarda fərq yarada biləcək çox yaxşı futbolçu” kimi təsvir etdiyi Roman Maçado kimi oyunçularla rəqabətədavamlı heyət qurdu. Azərbaycan tərəfi əzmkarlıq və yüksək əhval-ruhiyyə ilə bu axşam keçiriləcək “Aris”lə oyuna nikbin yanaşır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















