Icma.az
close
up
RU
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5% i bazara təqdim olunacaq

Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5% i bazara təqdim olunacaq

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“PAŞA Bank”ın kapitalının 5%-i və ya 932 min 926 ədəd adi, adlı səhmləri bazara təqdim olunacaq.

Marja xəbər verir ki, bunu “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

"Biz istəyirik ki, fiziki şəxslər, yəni əhali üçün əlçatan olsun. İnsanlar brokerlər və onların tətbiqləri ilə səhmləri əldəedə bilsinlər",sədr qeyd edib.  

Hazırda emissiya prospektinin yekunlaşmasıvə səhmlərin qiymətlərndirilməsi üzrə işlər aparılır.

Cəlb ediləcək vəsait "PAŞA Bank"ınkredit portfelinin,ümumiyyətlə Bankın biznesinin genişləndirilməsinə sərf olunacaq.

PAŞA Bank Azərbaycanda ən böyük korporativ bank olmaqla yanaşı, aktivlərinin həcminə görə ölkənin 3-cü ən böyük bankı, özəl banklar arasında isə 2-ci yerdə qərarlaşıb.Eyni zamanda “PAŞA Bank” güclü balans, müştəri bazası və rentabellik göstəricilərinə malikdir. Bank indi fəaliyyətində strateji və tarixi mərhələyə qədəm qoyur — ilk dəfə səhmlərinin ilkin kütləvi təklifini (İPO) həyata keçirməyə hazırlaşır.

Mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib:

"Mən də öz növbəmdə sizi PAŞA Bank-ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) prosesinə həsr olunmuş bugünkü tədbirimizdə salamlayıram.

Etiraf edim ki, bu tədbirdə iştirak etmək, ölkəmizdə məhz İPO prosesi ilə bağlı keçirilən tədbirdə sizinlə birlikdə olmaq həm qürurverici, həm də həyəcanvericidir.

Sədrimiz Cavid müəllim artıq bankın bu təşəbbüsünün arxasında dayanan strateji məqsədləri ətraflı şəkildə təqdim etdi. Mən isə İPO qərarının arxasında duran əsas məqamlar və onun bank üçün əhəmiyyəti barədə qısa məlumat vermək istərdim.

Bu gün PAŞA Bank maliyyə baxımından sabit və dayanıqlı mövqeyə malik bir bankdır. Maliyyələşmə mənbələrimiz şaxələndirilib, kapital mövqeyimiz güclüdür, gəlir göstəricilərimiz sabitdir və dividend ödənişlərimiz davamlı xarakter daşıyır. Şəffaf və müasir korporativ idarəetmə sistemi bankın əsas üstünlüklərindən biridir.

Bu baxımdan İPO prosesi mövcud strukturu tamamlayan və uzunmüddətli inkişaf strategiyamızı dəstəkləyən vacib bir addım kimi nəzərdə tutulur. Sədrimizin də qeyd etdiyi kimi, bu İPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçiriləcək.

Maliyyələşmə mənbələrinin şaxələndirilməsi mövzusunda bir məqama da toxunmaq istərdim. Ötən il də biz PAŞA Bank-ın istiqrazlarını açıq bazarda yerləşdirdik. Bu yerləşdirmə zamanı bazarda gözlədiyimizdən də yüksək maraq yarandı. Baxmayaraq ki, yay ayları idi, rəqəmsal kanallardan məhdud istifadə olunmuşdu və qeydiyyat üçün qısa müddət elan edilmişdi, təklif etdiyimiz həcmdən iki dəfədən çox tələb formalaşmışdı.

Bu nəticə bizə həm bazarın potensialını, həm də investorların PAŞA Bank-a olan etimadını açıq şəkildə göstərdi və İPO-ya hazırlıq yolunda bizim üçün mühüm göstəricilərdən biri oldu.

Səhmlərlə bağlı qısa məlumat vermək istərdim. Hazırda bankın 17 milyon 725 min 590 ədəd səhmi mövcuddur. Bunların təxminən 5 faizi həcmində, yəni 932 min 926 ədəd adlı səhmin bazara təqdim olunması planlaşdırılır.

Hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin qiyməti və digər şərtlərlə bağlı çərçivələrin formalaşdırılması istiqamətində işlər aparılır. Qiymət və digər şərtlər bazar şəraiti, investor maraqları, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və əməkdaşlıq etdiyimiz məsləhətçi qurumların tövsiyələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq.

Burada vacib məqamlardan birini xüsusi vurğulamaq istərdim. Bizim əsas hədəflərimizdən biri səhmlərin geniş investor kütləsi, xüsusilə fərdi investorlar üçün əlçatan olmasıdır. Məhz buna görə satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar vasitəsilə rahat şəkildə qurulması planlaşdırılır.

Səhmlərin alınması PAŞA Bank, BirBank, Birİnvest platformaları, PAŞA Kapitalın, eləcə də digər investisiya şirkətlərinin tətbiqləri və PAŞA Bank-ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda, PAŞA Bank və Kapital Bank-ın, BirBank filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.

Prosesin mərhələləri ilə bağlı məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd etmək istərdim ki, İPO sadə proses deyil. Bu, çoxmərhələli və mürəkkəb bir prosesdir və həm yerli, həm də beynəlxalq təcrübənin birgə tətbiqini tələb edir. Məhz bu səbəbdən biz bu prosesi yalnız yerli deyil, beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçiririk.

İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın TBC Capital şirkətidir. TBC Capital Gürcüstanda investisiya bankçılığı sahəsində aparıcı mövqeyə malikdir, London Fond Birjasında listinq olunmuş TBC Bank-ın investisiya bankçılığı üzrə ixtisaslaşmış struktur bölməsidir və Gürcüstan bazarında təxminən 54 faiz bazar payına sahibdir".

Qeyd edək ki, bu addım PAŞA Bank-ı Azərbaycanda səhmlərini kütləvi şəkildə təklif edən ilk özəl bank edir. Qeyd edək ki, ölkədə indiyədək yalnız bir İPO reallaşdırılıb və bu, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Beləliklə, PAŞA Bank-ın İPO-su Azərbaycan kapital bazarı üçün ikinci kütləvi təklif olmaqla yanaşı, özəl sektorun bazara çıxışı baxımından dönüş nöqtəsi hesab olunur.

İPO nədir? (İlkin Kütləvi Təklif)

İPO (Initial Public Offering) — şirkətin ilk dəfə olaraq öz səhmlərini geniş investor kütləsinə, yəni ictimaiyyətə açıq şəkildə təklif etməsidir. İPO zamanı şirkət:

 • səhm bazarına daxil olur,

 • səhmləri birjada alqı-satqı edilə bilir,

 • şirkətə minlərlə yeni səhmdar qoşulur.

Başqa sözlə, İPO şirkətin qapalı strukturlu biznesdən açıq, şəffaf və ictimai şirkətə çevrilməsi deməkdir.

Şirkətlər niyə İPO-ya müraciət edir?

İPO-ya çıxmağın əsas səbəbləri bunlardır:

1. Kapital cəlb etmək

İPO şirkətə:

 • yeni investisiya mənbələri,

 • uzunmüddətli maliyyə resursları,

 • kreditdən asılılığın azalması imkanı yaradır.

2. Şəffaflıq və etibar

Birjada listinq:

 • maliyyə hesabatlarının açıqlanmasını,

 • korporativ idarəetmənin gücləndirilməsini,

 • beynəlxalq standartlara uyğun fəaliyyəti

tələb edir. Bu isə şirkətin nüfuzunu və etibarını artırır.

3. Brend və bazar dəyərinin artması

İPO-dan sonra şirkət:

 • daha tanınan brendə çevrilir,

 • beynəlxalq investorların diqqətini cəlb edir,

 • bazar dəyəri formalaşır.

Səhmdar strukturu və likvidlik

Mövcud səhmdarlar üçün:

 • səhmləri likvid aktivə çevrilir,

 • gələcəkdə səhmləri bazarda satmaq imkanı yaranır.

PAŞA Bank-ın İPO-su nə vəd edir?

PAŞA Bank-ın İPO qərarı:

 • Azərbaycan bank sektorunda şəffaflığın artmasına,

 • kapital bazarının dərinləşməsinə,

 • yerli investorların bank sektorunda birbaşa iştirakına şərait yarada bilər.

Eyni zamanda bu addım:

 • digər özəl şirkətlər üçün nümunə rolunu oynaya,

 • yeni İPO-ların yolunu aça,

 • Bakı Fond Birjasında aktivliyi artıra bilər.

İnvestorlar üçün İPO nə deməkdir?

İPO investorlar üçün:

 • güclü maliyyə göstəricilərinə malik şirkətə erkən mərhələdə investisiya,

 • dividend və səhm qiymətinin artımı potensialı,

 • portfelin şaxələndirilməsi imkanı yaradır.

Lakin ekspertlər qeyd edir ki, hər bir İPO-da olduğu kimi:

 • risklər,

 • bazar dalğalanmaları,

 • maliyyə nəticələrinin dəyişkənliyi

mütləq nəzərə alınmalıdır.

Nəticə

PAŞA Bank-ın İPO-su:

 • Azərbaycan maliyyə bazarları üçün tarixi hadisə,

 • özəl sektorun kapitallaşması üçün yeni mərhələ,

 • investorlar üçün isə yeni imkan pəncərəsi kimi qiymətləndirilir.

Bu prosesin uğurla başa çatması ölkədə kapital bazarlarının inkişafına güclü təkan verə bilər

Qısası “PAŞA Bank” deyir ki, “mənim ortağım olmaq istəyənlər buyursun”. Sən də pul verib Bankın payını (səhm) alırsan və onun sahiblərindən biri olursan. Bankın səhmdarlarından biri olmaqla gələcəkdə dividend (mənfəətdən pay) ala bilərsən, və  səhm bahalaşarsa qazanc əldə edə bilərsən.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri