Icma.az
close
up
RU
Konfrans başa çatıb...

Konfrans başa çatıb...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Daimi Nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans uğurla başa çatıb.

Beynəlxalq konfransa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib. O, bu gün türkdilli dünyanın zəngin dil və mədəni irsinin sübutu, şah əsəri olan Mahmud Kaşğari yaradıcılığının əbədi irsinin qeyd edildiyini bildirib: “Bu qərar bəşəriyyətin ortaq irsinin bir hissəsi kimi belə mədəni sərvətlərin qorunmasının vacibliyini vurğulayır, UNESCO-nun dünyada dil və mədəni kimlikləri qeyd edən və qoruyan təşəbbüsləri dəstəkləməyə sadiqliyini nümayiş etdirir”,- deyə daimi nümayəndə qeyd edib.

Konfrans Mahmud Kaşğarinin 11-ci əsrdə yaratdığı monumental əsərinin əhəmiyyətini yenidən araşdırmaq, onun müasir dövr üçün aktuallığını vurğulamaq və bu irsin gələcək nəsillərə ötürülməsi üçün yeni təşəbbüslər irəli sürmək kimi məqsədlərini geniş auditoriyaya çatdırıb.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən olan “Divanü lüğat-it türk”ün 950 illik yubileyinin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyindən, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açıb.

UNESCO Baş Direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko konfrans iştirakçılarını salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə türk dünyası deyil, həm də qlobal mədəni irs üçün böyük əhəmiyyətini vurğulayıb, “Divanü Lüğat-it-Türk”ü türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir, filologiya üzrə fəlsəfə doktoru dosent Vəfa Abdullayeva-Nəbiyeva “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda tədqiqi, Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında ətraflı məlumat veriblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır!” kəlamını xatırladaraq, bugünkü beynəlxalq konfransın məhz bu fikrin davamı olduğunu diqqətə çatdırıblar.

Bununla yanaşı, tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it türk”ün xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixini və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər nümayiş olunub.

Qeyd edək ki, UNESCO-nun 42-ci Baş Konfransında leksikoqraf və filoloq Mahmud Kaşğarinin (1074-cü il) yazdığı “Divanü Lüğat-it-Türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyini 2024-2025-ci illər üçün UNESCO ilə əlaqəli ildönümlər siyahısına daxil edilib. Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında, Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul olunub.

Konfrans Türk dövlətlərinin YUNESKO yanında milli komissiyalarının, eləcə də daimi nümayəndəliklərinin dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Türk dövlətlərinin Fransada akkreditə olunmuş səfirləri, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və UNESCO yanında daimi nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan və digər ölkələrdən olan görkəmli alimlər, beynəlxalq qurumların nümayəndələri, eləcə də Türk Dünyasının tanınmış ziyalıları iştirak və çıxış ediblər.

Konfransın sonunda UNESCO yanında daimi nümayəndə E. Abdullayev yekun çıxış edərək, “Divanü Lüğat-it-Türk”ün linqvistik şedevrdən qat-qat artıq, mədəniyyətləri, dilləri və tarixi birləşdirən körpü olduğunu bildirib.

Sonda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabının təqdimatı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Dekabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri