® “Arpaçay” İdman Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da “Arpaçay” İdman Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Arpaçay” İdman Birliyinin prezidenti Əli Əsgərov iclası açaraq qonaqları salamlayıb.
Çıxış edən Birliyin birinci vitse-prezidenti Yavər Hüseynov qurumun cari ildə Əli Əsgərovun rəhbərliyi ilə gördüyü işlərdən danışıb, gələcək planları açıqlayıb.
Tədbirdə “Arpaçay” İdman Birliyinin tərkibində fəaliyyət göstərən “Zeyd” Döyüş Mərkəzinin yeni prezidenti Emin Əliyev, birinci vitse-prezidenti Tural İsayev, ikinci vitse-prezidenti İbrahim Məmmədov və müşaviri Rövşən Qənbərov təyin ediliblər.
Göstərilən etimada görə təşəkkürünü bildirən E.Əliyev görüləcək işlər barədə məlumat verib. O qeyd edib ki, bu ilin dekabr ayında “Zeyd” Döyüş Mərkəzinin MMA idman növü üzrə turnir keçiriləcək.
Sonra “Budokan” Şərq Əlbəyaxa İdman Mərkəzinin direktor müavini Rafael Məmmədov və Birliyin Ağdaş rayon filialının rəhbəri Kamran Rəsulov göstərilən diqqət üçün rəhbərliyə təşəkkürlərini ifadə ediblər.
Tədbirdə iştirak edən Xəzər İsayev, Allahverdi Rüstəmov, Tofiq Musayev, Hacı Əliyev, Nicat Şıxəlizadə və digərləri “Arpaçay” İdman Birliyinin gördüyü işlərdən danışaraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

