Icma.az
close
up
RU
YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda YAP Xətai və Nərimanov rayon təşkilatlarına sədr təyin olunması məsələsinə baxılıb, Ramil Kamil oğlu Mirzəyevin və Elçin Bəybala oğlu Quliyevin namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Şahin İsmayılov, Mübariz Qurbanlı, Hikmət Məmmədov, Bahar Muradova, Elmar Qasımov, Azər Badamov, Kamal Cəfərov, Bayram Aslanov və Əfsun Sucayev  çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Ramil Kamil oğlu Mirzəyevin YAP Xətai rayon təşkilatının, Elçin Bəybala oğlu Quliyevin isə Nərimanov rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək partiya rəhbərliyinə təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə YAP yerli təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri yeni təyin olunmuş sədrləri təbrik edərək onlara göstərilən yüksək etimadı doğruldacaqlarına inamını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see242

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see241

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see226

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see215

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see213

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see212

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see205

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see192

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see186

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see185

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see183

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see183

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see183

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see179

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see178

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see174

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see168

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see166

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri