Arpana Pratap: COP29 kiçik ada ölkələri üçün əvəzsiz platformadır AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
“Bütün COP-lar çox vacibdir, çünki onlar kiçik ada ölkələrinə, xüsusilə də Sakit Okean hövzəsinə öz narahatlıqlarını ifadə etmək, problemləri və həll yollarını müzakirə etmək üçün platforma təmin edir. COP29 Sakit Okean üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29-iştirakçısı, Sakit Okean Adası İnkişaf Forumunun direktoru Arpana Pratap deyib.
“Bildiyiniz kimi, Sakit Okeanda həm maliyyə, həm də insan resursları çatışmır. Düşünürəm ki, iqlimin reputasiyasını artırmaq və təsirləri azaltmaq üçün maliyyə cəlb edə bilsək, bu, böyük irəliləyiş olar”, - deyə o qeyd edib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən direktor ölkəmizlə bağlı fikirlərini belə ifadə edib: “Azərbaycan və əhalisi çox gözəldir. Burada olmaqdan böyük həzz alıram.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















