Arsen Aqamalyan Azərbaycana səfərindən nələr danışdı?
Icma.az, Bakupost saytına istinadən bildirir.
Məşhur erməni rəqqas Arsen Aqamalyan Azərbaycanda keçirdiyi unudulmaz günlərə və göstərilən yüksək qonaqpərvərliyə görə "Azerbaijan Dance Festival - 2026"nın təşkilatçılarına minnətdarlığını bildirərək Bakı ilə duyğusal şəkildə vidalaşıb.
"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, rəqqas bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, müraciətində dəvət üçün Olya Krasnyanskaya və Eldar Cəfərova təşəkkürünü bildirib, onların festival iştirakçılarına, hakimlərə və tamaşaçılara göstərdiyi diqqəti xüsusi vurğulayıb.
Aqamalyan əlavə olaraq Azərbaycanın xalq artisti Təranə Muradovanı qeyd edərək, onu "möhtəşəm qadın" adlandırıb.
Bu səfər onun üçün həm də şəxsi baxımdan xüsusi əhəmiyyət daşıyıb. Belə ki, Aqamalyan uşaqlıq qonşuları ilə görüşüb, böyüdüyü həyəti ziyarət edib və uzun müddətdir görmədiyi insanlarla təmasa dair xatirələrini bölüşüb. O cümlədən, "Abşeron" mehmanxanasının əməkdaşlarına isti münasibətə görə təşəkkürünü bildirən qonaq Bakının tarixi, memarlığı və çoxmillətli mədəniyyətinə heyran qaldığını dilə gətirib.
Sonda Aqamalyan nəzərə çatdırıb ki, Azərbaycanda olduğu müddətdə ona pis münasibət bəsləyən heç bir şəxslə rastlaşmayıb. O, insanları internetdə yazılan mənfi şərhlərə inanmamağa çağırıb:
"Müqəddəs kitabda deyilir: "Yalan danışan məhv olar". Quranda deyilir: "Yalançılara lənət olsun!" … Allahın səbrini sınamaq olmaz".
"Bakı, sən necə də gözəlsən!" yazan rəqqas hər kəsə sülh arzulayıb.
Qeyd edək ki, Bakıda doğulan, Xankəndidə böyüyən erməni rəqqas Arsen Aqamalyan oktyabr ayının 30-da xanımı Oksana ilə birgə "Azerbaijan Dance Festival 2026" tədbirində iştirak etmək üçün Bakıda gəlib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 03 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















