“Pis davranan bir azərbaycanlı belə görmədim” Arsen Aqamalyan
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqqas Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalından təsirləndiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, festivalda iştirak etmiş rəqqas təəssüratlarını sosial şəbəkə hesabında paylaşıb.
“Bu günlər həyatımın sonuna qədər xatırlayacağım günlər oldu. Dəvətə görə təşəkkür edirəm. Qonaqpərvərliyinizə görə sizə həqiqətən minnətdaram. Bu festival fərqli düşüncəyə malik, müxtəlif nəsilləri təmsil edən iki insanın necə ortaq məxrəcə gələ və möcüzə yarada biləcəyinin nümunəsidir.
Təbii ki, bu səfər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Uşaqlıqda həyətimizdə birlikdə oynadığım qonşularla görüşü heç vaxt unutmayacağam. Böyüdüyüm həyətdə yenidən olmaq mənim üçün çox təsirli idi.
Bu səfəri heç vaxt unutmayacağam. Bakı öz zəngin tarixi və memarlığı ilə möhtəşəm, inanılmaz dərəcədə gözəl şəhərdir. Bizə bu şəhərin tarixindən danışdılar. Burada nə qədər fərqli milli və dini kimliyə malik insan yaşayır”, - o qeyd edib.
Arsen Aqamalyan paylaşımında yazılan mənfi şərhlərlə bağlı da fikir bildirib:
“Bədxah, bədbəxt, pis niyyətli insanların şərhlərini oxumuram. Pis davranan bir azərbaycanlı belə görmədim, çünki bunların hamısı yalandır. İncildə deyilir: “Yalan danışanlar məhv olacaq”. Quranda isə “Yalan danışanlara lənət olsun” buyurulur! Allahın səbrini sınamayın. Hər kəsə sülh arzulayıram”.
Xatırladaq ki, A. Aqamalyan iki yaşına qədər Bakıda, sonra isə Xankəndidə yaşayıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















