“Arsenal” Argentina millisinin üzvünü istəyir
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İngiltərə təmsilçisi “Arsenal” İtaliyanın “Komo” klubunun futbolçusu Niko Pazı transfer edə bilər.
Moderator.az “Desmarque”yə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı argentinalı yarımmüdafiəçinin durumunu yaxından izləyir.
Bu yay “Real Madrid”dən ayrılan Niko Pazın transferindən Madrid təmsilçisi 60 milyon avro gəlir əldə edib. Bununla yanaşı, “Real” futbolçu üçün 2027-ci ilin yayında 80 milyon avro qarşılığında geri alma hüququnu özündə saxlayıb.
Bununla belə, son söz “Real Madrid”ə məxsus olacaq. İspaniya klubu 80 milyon avroluq geri satınalma hüququndan istifadə etməsə, Niko Pazın “Arsenal”a keçidi mümkün olacaq.
Qeyd edək ki, 21 yaşlı argentinalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxaraq 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















