Arsenal bu göstəricidə Avropada liderdir
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Arsenal" klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə Portuqaliyanın "Sportinq" komandasına qalib gəlib.
QOL.az xəbər verir ki, "Transfermarkt" portalının məlumatına görə, Lissabonda keçirilən görüşdə yeganə qolu sonradan meydana daxil olan Kay Havertz vurub. Almaniyalı futbolçunun bu qolu sayəsində London təmsilçisi maraqlı bir reytinqdə liderliyini daha da möhkəmləndirib.
Belə ki, "Arsenal" cari mövsümdə əvəzetmədən oyuna qoşulan futbolçuların iştirakı ilə vurulan qolların sayını 40-a çatdırıb. Bu, Avropanın "Böyük beşlik" liqaları arasında ən yüksək göstəricidir.
Sözügedən reytinqdə ikinci yeri Fransa "PSJ"si (35 qol) tutur. Üçüncü pilləni isə aktivlərində ehtiyatdan gələn oyunçuların iştirakı ilə vurulan 34 qol olan "Atalanta", "Barselona", "Bavariya" və "Selta" bölüşürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Aprel 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















