Arsenal yay transfer dönəmində Leandro Trossarı satmağı nəzərdən keçirir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İngiltərənin "Arsenal" klubu yay transfer dönəmində futbolçusu Leandro Trossarı satmaq imkanını nəzərdən keçirir.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalı var.
"Topçular"ın rəhbərliyi belçikalı oyunçunun gələcəyi ilə bağlı yekun qərar verməyə tələsmir, lakin onunla vidalaşmaq ehtimalı da istisna edilmir.
Həm Avropa, həm də Səudiyyə Ərəbistanı təmsilçiləri Trossarla maraqlanır. Onun London təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Hazırkı ölkə çempionu bu səbəbdən təklifləri qiymətləndirmək niyyətindədir.
Xatırladaq ki, Leandro Trossar başa çatan mövsümdə 50 matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 08 İyun 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















