İxracdan ən çox qazanan Azərbaycan şirkətləri YENİ SİYAHI
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İxrac İcmalının "Oktyabr 2026" sayını dərc edib.
Marja xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Prime Cotton" MMC, "Baku Steel Company" QSC, "Tabaterra" MMC, "Prime Export" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.
Bu ixracatçıların reytinqi ilə bağlı məlumatla təqdim olunan infoqrafikalardan tanış ola bilərsiniz.
Baxış sayı:193
Bu xəbər 29 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















