Icma.az
close
up
RU
“İllərdir ki, belə meydançaların həsrətini çəkirdik” Ayxan Abbasov

“İllərdir ki, belə meydançaların həsrətini çəkirdik” Ayxan Abbasov

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

FIFA U-15 Dünya Çempionatı və Futbol Festivalı çərçivəsində Bakıya gələn “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger yerli mütəxəssislər üçün master-klass keçib. Məşqçilər və klub nümayəndələrinin qatıldığı “Ustad dərsi”nin təfərrüatları barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovla həmsöhbət olduq.

– Arsen Vengerin master-klassı sizdə necə təəssüratlar yaratdı?

– Əlbəttə, bu, çox müsbət haldır. Bilirsiniz ki, ölkəmizdə dünya çempionatı keçirilir və Arsen Venger də burada iştirak edərək öz zəngin təcrübəsini bizimlə bölüşdü. O, öz məşqçilik karyerası boyu üzləşdiyi çətinliklərdən, illərlə eyni klubda necə uğurla çalışmasından və böyük futbolçular yetişdirmək sirrlərindən danışdı. Çox faydalı və maraqlı görüş oldu.

– Vengerlə yaxından ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq imkanınız oldu?

– Yox, fərdi şəkildə tək-tək görüşümüz olmadı. Lakin o, tədbirdə iştirak edən bütün mütəxəssislərə qarşı çox səmimi münasibət göstərdi və hər kəsə vaxt ayırmağa çalışdı.

– Bu cür master-klassların sizin məşqçilik fəlsəfənizə və gələcək fəaliyyətinizə xüsusi töhfə verəcəyini düşünürsünüzmü?

– Təbii ki. Belə təcrübəli insanların keçdiyi yollar, üzləşdikləri problemləri necə həll etmələri və zirvəyə çatmaq üçün izlədikləri yollar bizim üçün çox önəmlidir. Vengerin danışdığı həmin proseslərdən hər bir məşqçi özü üçün dərs çıxarır, nəticə əldə edir və təcrübə qazanır. Əlbəttə, bu cür təşəbbüsləri hər zaman alqışlayıram.

– Ümumiyyətlə, gələcəkdə digər tanınmış dünya səviyyəli mütəxəssislərin də Azərbaycana gəlib yerli məşqçilər üçün oxşar seminarlar keçirməsi nə dərəcədə vacibdir?

– Bu, futbolumuzun inkişafı üçün çox lazımlı addımdır. Arsen Venger çıxışında xüsusilə akademiyaların inkişafından və gənc istedadların üzə çıxarılmasından danışdı. Bizə məhz bu cür yanaşmalar lazımdır. Əlbəttə, yerli məşqçilərimiz də vaxtaşırı xaricə gedib təcrübə keçməlidirlər, lakin belə canlı əfsanələrin birbaşa ölkəmizə gəlib bizimlə biliklərini bölüşməsi böyük üstünlükdür.

– Azərbaycanda təşkil olunan U-15 Dünya Çempionatı və Festivalı barədə fikirləriniz necədir? Turniri yaxından izləyirsiniz?

– Birinci növbədə, bu cür mötəbər yarışın məhz Azərbaycanda keçirilməsi əla haldır. Ən əsası odur ki, bu çempionat sayəsində ölkəmizdə yeni, müasir standartlara cavab verən keyfiyyətli meydançalar salındı. Mən ilk gündən matçları canlı olaraq izləyirəm. 15 yaşında belə qlobal səviyyəli dünya çempionatında iştirak etmək hər futbolçuya qismət olmur. Bu, uşaqlar üçün unikal təcrübədir. Bəlkə də illər sonra bu gün meydanda qaçan həmin gənclər ulduz futbolçu olacaqlar və biz fəxrlə xatırlayacağıq ki, onlar ilk addımlarını Bakıdakı mundialda atıblar.

– U-15 millimizin oyunlarını izləyə bildinizmi? Komandanın ümumi çıxışını necə dəyərləndirirsiniz?

– Bəli, bütün oyunlarını diqqətlə izləmişəm. Komandamız pis təsir bağışlamır, mübarizə aparır. Bilirsiniz ki, bu, tamamilə yeni formatda keçirilən turnirdir. Meydançanın ölçüləri bir qədər kiçikdir, bizim uşaqlar isə adətən 11-in 11-ə böyük meydanda oynamağa öyrəşiblər, buna görə müəyyən çətinliklər yaşandı. Amma ümumi götürəndə rəqiblər çox güclüdür və millimiz əlindən gələni edir. Buradakı hər səhv, hər təcrübə onların gələcək karyerası üçün böyük dərs olacaq.

– Sizcə, bu turnirin ölkəmizə və futbolumuza uzunmüddətli perspektivdə əsas qazancı nə olacaq?

– Qeyd etdiyim kimi, ilk növbədə infrastruktur qazandıq. Qısa müddət ərzində onlarla yeni meydançanın istifadəyə verilməsi böyük işdir. İllərdir ki, belə meydançaların həsrətini çəkirdik. İndi bu meydançalardan aşağı yaş qruplarından ibarət çempionatlarımız və klublarımız istifadə edəcək. İkinci mühüm məqam isə ölkəmizin beynəlxalq müstəvidə tanıdılmasıdır. FIFA prezidenti Canni İnfantino, Arsen Venger, Pyerluici Kolina kimi futbol simaları Bakıda oldular. Bütün bunlar Azərbaycan futbolunun nüfuzuna işləyir.

– U-15 millimizin üzvləri gələcəkdə əsas milli komandaya namizəd olmaq baxımından bu təcrübədən nə dərəcədə faydalana biləcəklər?

– Təbii ki, bu proses mərhələli şəkildə gedir. Adətən U-16, U-17 yaş qruplarında parlamağa başlayan futbolçular zamanla əsas milliyə qədər yüksəlirlər. Hazırda bu uşaqların hamısının potensialı yüksəkdir, lakin unutmayaq ki, onların hələ 15 yaşı var. Qarşıda onları 4-5 illik çətin və məsuliyyətli inkişaf dövrü gözləyir. Ümid edək ki, hamısı peşəkar səviyyəyə yüksəlib milli komandamızın şərəfini qoruyacaqlar.

– Qarşıda Millətlər Liqasında Lixtenşteynlə həlledici oyunumuz var…

– Bəli, qarşıda bizi rəsmi olaraq qrupun son matçından əlavə yoldaşlıq görüşləri də gözləyir. İstəyirik ki, qrupun qalibi olaq və bunun üçün mütləq Lixtenşteyni məğlub etməliyik. Futbolçularımızla birlikdə ilk gündən bilirdik ki, bizi gərgin mübarizə gözləyir. Sevindirici hal odur ki, hələ ki məğlubiyyətsiz irəliləyirik. İnanıram ki, son oyunda da qələbə qazanıb məqsədimizə çatarıq. Turnir başa çatdıqdan sonra isə ümumi qrupu və komandanın şanslarını daha geniş təhlil etmək olar.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri