Taleh Kazımov: AMB ilin sonunadək bazardan 1 mlrd. dollaradək vəsait cəlb edə bilər
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonunadək valyuta bazarında təxminən 500 milyon-1 milyard ABŞ dolları həcmində əlavə alış həyata keçirə bilər.
“APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarını müəyyən səviyyəyə çatdırmaqla bağlı konkret hədəfi və ya limiti yoxdur. Valyuta alışları zamanı manat emissiyasının inflyasiyaya mümkün təsirləri qiymətləndirilir.
AMB sədri qeyd edib ki, bu il Mərkəzi Bank 3,6 milyard dollar həcmində valyuta alıb və bunun müqabilində manat emissiyası həyata keçirib.
Baxış sayı:145
Bu xəbər 29 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















