“Arsenal“ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kolumbiyalı qapıçı David Ospina 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Karyerası ərzində "Atletiko Nasional" (Kolumbiya), "Nitsa" (Fransa), "Arsenal" (İngiltərə), "Napoli" (İtaliya) və "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klublarının formasını geyinən qapıçı London təmsilçisi ilə iki dəfə İngiltərə Kubokunun, üç dəfə isə ölkə Superkubokunun qalibi olub. "Napoli"nin heyətində isə İtaliya Kubokunu qazanıb.
Kolumbiya millisində 131 oyun keçirən Ospina 2024-cü ildə Amerika Kubokunun gümüş, 2016 və 2021-ci illərdə isə bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, qapıçı 2026-cı ilin yayında Meksikanın "Atletiko" klubu ilə müqavilə imzalasa da, dirsək zədəsinin yenidən təkrarlanması səbəbindən komandada heç bir oyuna çıxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Noyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















