Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

“Arşın mal alan” zaman karuselində

“Arşın mal alan” zaman karuselində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında baş verən vaqeənin davamı, bir növ, sequelidir. Hörmətli yazıçımız bu əsərlə bir ilkə imza atıb. “Arşın mal alan”da Gülçöhrə ilə Əsgərin xoşbəxt sonluqla bitən sevgi macərası bu pyesdə bolşeviklərin hakimiyyətə gəlməsindən sonra faciəyə çevrilir. Həyat bu aşiqlərə sərt üzünü göstərir, yeni ictimai quruluş Əsgər bəy kimilərin növrağını pozur.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Tipik Şərq əhvalatına fərqli yöndən yanaşan rejissor ictimai quruluşun dəyişməsini emosional-mənəvi planda təqdim edir. Məşədi Cabbarın dilindən Rusiyadakı vəziyyət əyan olur, atasının dostu onu hər vəchlə buralardan uzaqlaşıb İrana çəkib aparmaq istəyir. Çünki orada vəziyyət sabitdir, rahat ticarət etmək üçün imkanlar var. Burada isə bolşeviklər bəylərin, tacirlərin kökünü kəsmək qəsdindədir. Bu fonda Əsgər bəyin ailəsi real təhlükə qarşısındadır. Biz səhnədə həm də Xalq Cümhuriyyəti dövrünün mürəkkəb, ziddiyyətli mənzərəsi ilə qarşılaşırıq.

Əsgər bəy obrazını Prezident mükafatçısı Səmədzadə Xasiyev canlandırır, onun ifası son dərəcə təbii və inandırıcıdır. Aktyor Əsgər bəyin daxili həyəcanlarını, iztirablarını özününküləşdirib. Əsərin məna potensialı əsasən bu obrazın üzərinə düşdüyündən aktyordan plastika və geniş imkanlar tələb edir. Rejissor tamaşanın tonunu uğurla müəyyənləşdirib və aktyor ansamblını, kollektivi bir tonda, bir ritmdə oynamağa yönəldib. Obrazların cəlayi-vətən olması Əsgərlə Gülçöhrənin timsalında yüzlərlə həmvətənimizin faciəli taleyinə işıq salır, tamaşaçıya həyəcanlı anlar yaşadır. Əsgərin Sibirə sürgün olunması, Gülçöhrənin illərlə sevgilisinin yolunu gözləməsi tamaşaçını mütəəssir edir. Sevgi fonunda həm realizm, həm də poetik ümumiləşdirmə rejissor tərəfindən uğurlu həllini tapıb.

Əsgərin sürgündəki psixofiziki durumu, tükənmiş halı, keçmişin görüntüləri qarşısında tab gətirə bilməməsi faciə poetikasının əyaniləşməsidir. Burada melodram faciə müstəvisinə keçir və bu keçid rejissor tərəfindən uğurla səhnə həllini tapıb. Dəmir barmaqlıqlar arxasında ümidsiz bir vəziyyətdə fəryad edən Əsgər və onun məğlubiyyəti... Bu məqamda Əsgərin xarakteri şəxsiyyət tipi sərgiləyir. Təbii özünümüdafiə və haqsızlığa qarşı üsyan bu məqamda birləşir. Pyesin əsas mahiyyəti məhz bu anlarda özünü qabarıq büruzə verir. Əsgərin tifağı bu ədalətsiz hökmlə dağılır. Totalitar sistem o qədər bəylərin, günahsız insanların tifağını dağıdıb ki...

Əməkdar artist İqrar Salamovun ifasında Vəli obrazı yeni cizgilərlə yadda qalır. Onun bu ailəyə sədaqəti, bağlılığı aktyor tapıntıları ilə mükəmməl işlənib. Ümumiyyətlə, İqrar Salamov geniş potensiala malik aktyordur və bu tamaşada da Vəlini özünəməxsus formada canlandırır.

Dəyərli bəstəkarımız Cavanşir Quliyevin tamaşaya yazdığı musiqi, həqiqətən, möhtəşəmdir. Onun bəstəsi hadisələrin ruhunu mükəmməl ifadə edir, Əsgərlə Gülçöhrənin hissləri bu musiqi vasitəsilə danışır və tamaşanın təsir gücünü artırır.

Tamaşada Mehriban Zaliyeva, Atilla Məmmədov, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, xor və balet artistləri iştirak ediblər. Hər şey çox səliqə ilə işlənib. Tamaşanın özünəxas harmoniyası var və bu da bütövlüyə xidmət edir.

“Gülçöhrə və Əsgər” tamaşası quruluşçu rejissor Əsgər Əsgərovun yaradıcılığında peşəkarlıq baxımından yeni yanaşma kimi qəbul edilir.

Kənan HACI,
yazıçı-dramaturq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri