Icma.az
close
up
RU
“Arşın mal alan” Türkmənistan mətbuatında

“Arşın mal alan” Türkmənistan mətbuatında

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Türkmənistanın nüfuzlu “Orient” informasiya portalı Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il anadan olmasının 140 illiyi qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri - “Arşın mal alan” operettası haqqında geniş material yayıb.

AZƏRTAC Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadla xəbər verir ki, məqalədə “Arşın mal alan” ın Şərq və Qərb musiqi ənənələrinin nadir şəkildə sintez olunduğu, bir əsrdən artıq müddətdə aktuallığını və populyarlığını qorumağı bacaran bənzərsiz sənət incisi olduğu vurğuilanıb. Portal yazır ki, bu operetta təkcə musiqi və dramaturji baxımdan deyil, həm də məzmununda əks olunan sevgi azadlığı, səmimiyyət, humanizm və ailə dəyərləri kimi mövzulara görə bu gün də xüsusi əhəmiyyət daşıyır.

Materialda Aşqabadda yerləşən A.S.Puşkin adına Rus Dram Teatrında nümayiş olunan “Arşın mal alan” tamaşasının geniş tamaşaçı rəğbəti qazandığı qeyd olunur. Bildirilir ki, səhnə tərtibatı, aktyorların ustalıqla yaratdığı obrazlar, musiqi və dekor üslubunun harmoniyası tamaşanı xüsusilə yaddaqalan edib və türkmən teatr mühitində böyük maraq doğurub.

Məqalədə operettanın dünya miqyasında qazandığı monumental uğur da geniş işıqlandırılır: əsərin 80-dən çox dilə tərcümə edilməsi, 76 ölkənin 187 teatrında səhnələşdirilməsi onun beynəlxalq miqyasda tanınan nadir musiqi nümunələrindən biri olduğunu təsdiqləyir. Həmçinin 1945-ci il kino-versiyasının müasir texnologiyalarla rənglənərək yenidən işlənməsi Azərbaycanın mədəni irsinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi xüsusilə qeyd olunur; bu prosesə Heydər Əliyev Fondunun böyük töhfə verdiyi vurğulanır.

Bununla yanaşı, portal bildirir ki, “Arşın mal alan” təkcə bir sənət əsəri deyil, Azərbaycan və türkmən xalqları arasında yaxın mədəni əlaqələrin, ortaq mənəvi köklərin və dostluğun rəmzidir. Operetta region xalqlarının ümumi mədəni yaddaşını zənginləşdirən, onları bir-birinə daha da yaxınlaşdıran mühüm körpü rolunu oynayır.

Məqalənin sonunda qeyd edilir ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan və Türk dünyası üçün tükənməz ilham mənbəyi olaraq qalır və onun sənət mirası gələcək nəsillər tərəfindən də dərin ehtiramla yaşadılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri