Icma.az
close
up
RU
Art terapiya bacarıqları kəşf etməyə imkan verir

Art terapiya bacarıqları kəşf etməyə imkan verir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Art-terapiya musiqi, rəsm, heykəltəraşlıq və incəsənətin digər növləri ilə müalicə üsuludur. İlk dəfə 1938-ci ildə Adrian Hill art-terapiyanı vərəm dispanserinin xəstələrinə tətbiq edib. Hazırda ondan psixologiyada geniş istifadə olunur. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Psixoloqun sözlərinə görə, art-terapiyanın məqsədi xüsusən danışmayan, özünü ifadə edə bilməyənlərin içindəki, hiss, duyğu, emosiyaları anlamaq, onların üzləşdiyi problemlərin həllinə kömək etməkdir. Məsələn, psixoloq onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqlarını aydınlaşdıra bilir, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən onun probleminin nədən qaynaqlandığını müəyyənləşdirir.

Y.Əsgərova qeyd edib ki, həmin müalicə üsulunun müxtəlif növləri kiçik yaşlardan istənilən psixoloji problemin aradan qaldırılmasında kömək edə bilər. Art-terapiyanın 60-dan çox növü var. Onlardan depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqları və hətta autizm pozuntusunda da art-terapiyadan müalicə vasitəsi kimi istifadə etmək olar.

“Hətta ev şəraitində də art-terapiya tətbiq etməklə stressdən qurtulmaq olar. Məsələn, rəngləmə, şəkillərin kəsilməsi, müxtəlif növ qum və gillə çalışmalar nəticəsində stressdən azad olmaq mümkündür. Rəsm terapiyasında qələm, rəngli karandaş, boya, tabaşir və başqa vasitələrdən istifadə edilir. Art-terapiya zamanı uşağa təxminən 20 dəqiqəyədək vaxt verilir və həmin müddətdə uşaq öz emosional durumunu, psixoloji vəziyyətini ifadə edir. Art-terapiya bacarıqları kəşf etməyə, ətrafdakılarla daha yaxşı ünsiyyət qurmağa da kömək edir”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri