Yeniyetmə qızlardan ibarət milli komanda üçün art terapiya seminarı keçirilib FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yeniyetmə cüdoçu qızlardan ibarət milli yığma komandanın üzvləri üçün təlim-məşq toplanışı çərçivəsində art-terapiya seminarı təşkil olunub. Fəaliyyətin əsas məqsədi idmançıların asudə vaxtlarının səmərəli təşkili, psixo-emosional vəziyyətlərinin yaxşılaşdırılması və emosional gərginliyin azaldılması olub.
İdman.Biz xəbər verir ki, art-terapiya sessiyaları zamanı iştirakçılar yaradıcılıq vasitəsilə öz hiss və düşüncələrini ifadə etmək imkanı qazanıblar. Keçirilən seminar idmançıların emosional rahatlamasına, psixoloji rifahının möhkəmlənməsinə və komanda daxilində müsbət psixoloji mühitin formalaşmasına töhfə verib.
Qeyd edək ki, bu tip psixoloji dəstək tədbirləri yeniyetmə qızlardan ibarət milli yığma komanda üçün mütəmadi olaraq həyata keçirilir və onların həm idman, həm də şəxsi inkişafında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Fevral 2026 04:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















