Art terapiya üzrə beynəlxalq təlim uğurla başa çatdı FOTOLAR
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
20–22 iyul 2026-cı il tarixlərində Azərbaycan Autizm Assosiasiyası və David Mərkəzinin birgə təşkilatçılığı ilə art-terapiya üzrə beynəlxalq təlim proqramı keçirildi.
Sportal.az xəbər verir ki, təlimdə İsraildən dəvət olunmuş art-terapiya mütəxəssisi Arkadi Bairov iştirak edərək öz bilik və təcrübəsini tədbir iştirakçıları ilə bölüşdü. Proqramda Azərbaycan Autizm Assosiasiyasına üzv olan təşkilatların nümayəndələri, mütəxəssislər və bu sahədə çalışan şəxslər iştirak etdilər.
Üç gün davam edən təlim zamanı art-terapiyanın autizmli şəxslərin emosional, sosial və yaradıcı bacarıqlarının inkişafındakı rolu, müxtəlif praktik metodlar, fərdi və qrup fəaliyyətlərinin təşkili, incəsənət vasitəsilə ünsiyyətin gücləndirilməsi və reabilitasiya prosesində tətbiq olunan müasir yanaşmalar haqqında ətraflı məlumat verildi. Təlim iştirakçıları nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də fəal iştirak edərək art-terapiya üsullarını tətbiq etmək imkanı qazandılar.
Təlimin sonunda proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olundu.
Azərbaycan Autizm Assosiasiyası gələcəkdə də autizm sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və innovativ reabilitasiya metodlarının ölkəmizdə tətbiqinə töhfə verən layihələrin həyata keçirilməsini davam etdirəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 30 İyul 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















