Icma.az
close
up
RU
“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər adlı sərgi açılıb

“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər adlı sərgi açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Noyabrın 2-dək paytaxtda keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində “Nine Senses” Art Center”də azərbaycanlı rəssam Ramina Səadətxanın "Od, Su və Öpüşlər" adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin əsas mövzusu beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoq qurmağı hədəfləyən “Art Weekend” festivalının simvolik elementi olan su olub.

Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi, ruhu təmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsas ünsürlərə - mahiyyətə toxunmaq üçün poetik bir cəhddir. “Od, Su və Öpüşlər” ünsürləri vasitəsilə müəllif bədən və ruh, ünsürlər və duyğular arasındakı dialoqu açaraq, tamaşaçıları əbədi hərəkətdən harmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə R.Səadətxan yeni əsərlər silsiləsinin ideyasının art festivalın təşkilatçıları tərəfindən təklif olunan su mövzusundan qaynaqlandığını deyib. Lakin rəssam su ilə odu qarşı-qarşıya qoyaraq və konsepsiyaya əksliklərin birləşməsi metaforası kimi üçüncü simvolu - öpüşü əlavə etməklə bu ideyanı genişləndirmək qərarına gəldi.

Rəssamın sözlərinə görə, sərgi onun yaradıcı təcrübələrində və daxili özünüdərketmədə növbəti mərhələ oldu.

“Mən daxili mənliyimi daha dərindən öyrənməyə çalışıram. Rəsm vasitəsilə niyə yaşadığımı və bundan sonra hara hərəkət etməli olduğumu daha yaxşı başa düşürəm. Bu, mənim üçün bir növ meditasiyadır. Rəsmsiz yaşanan bir gün, mənim üçün sanki heç yaşanmamış bir gün kimidir”, - deyə müəllif fikirlərini bölüşüb.

Tamaşaçıların reaksiyasından danışan R.Səadətxan vurğulayıb ki, hər bir rəsm əsəri şəxsi duyğular və interpretasiyalar üçün yer buraxır.

“İstərdim ki, tamaşaçı mənim daxili dünyamı hiss etsin. Hər bir insan rəsmləri özünəməxsus şəkildə görür - bəzən mənim özümün dərk etmədiyim şeyləri görür. Onlar gizli mənalar tapırlar və bu, özümü getdikcə daha çox açmağa kömək edir”, - deyə rəssam qeyd edib.

Ramina Səadətxan A.Əzimov adına Rəssamlıq Kollecinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri birləşir. Sərgisinin “Uomo Natura” adlı ilk hissəsi hazırda “Art Center”in “Sea Breeze” istirahət mərkəzindəki filialında nümayiş olunur. 2022-ci ildə onun “Xaosun enerjisi” əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan Pavilyonunda nümayiş etdirilib və bu, rəssamın beynəlxalq yaradıcılıq bioqrafiyasında mühüm bir mərhələ olub.

Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi “Art Weekend” proqramının bir hissəsidir.

Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri Leyla Əliyevadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri