Icma.az
close
up
RU
“Art Weekend” zamanı “Əcdadlar” sərgisi keçmişin izləri müasir sənətdə canlanacaq

“Art Weekend” zamanı “Əcdadlar” sərgisi keçmişin izləri müasir sənətdə canlanacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Bəzən bir rəng, bir xətt, bir naxış yüz illərin hekayəsini danışa bilər. Sanki sənət əsərləri zamanı aşaraq əcdadlarımızın düşüncələrinə, onların baxışına, yaşadığı hisslərə toxunmağa imkan yaradır. Bu hekayələri rənglərin sükutu və xətlərin ahəngi ilə hiss etmək mümkündür. Belə ki, oktyabrın 31-dən noyabrın 2-dək “Art Weekend” layihəsi çərçivəsində “Q Gallery Baku”da “Əcdadlar” sərgisi açılacaq. Burada Azərbaycan sənətinin müasir nümayəndələrini — Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirəcək, tamaşaçıya milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışacaqlar.

AZƏRTAC-ın müxbiri sərgi çərçivəsində layihədə iştirak edən sənətkarlarla həmsöhbət olub.

Hər portret tamaşaçının daxili dünyasına açılan bir pəncərədir

Faiq Əhməd bildirib ki, o, “Əcdadlar” sərgisində təqdim edəcəyi əsərləri daha çox minimal formada işləyib. Sənətkarın yaratdığı insan portretləri zahirən sadə görünsə də, dərin psixoloji qatlara malikdir. Bu portretlər tamaşaçını bir anlıq dayanmağa və baxdığı simada öz daxili hisslərini görməyə vadar edəcək. Hər kəs bu əsərlərdə fərqli bir duyğu, fərqli bir mənzərə kəşf edəcək.

Atalar sözlərinin vizual dili

Rəşad Ələkbərov sərgidə “Atalar sözləri” konsepti üzərində işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edir. Sənətçi vurğulayıb ki, bəzi atalar sözləri yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalır; 200 il sonra belə mənasını itirməyəcək hikmətləri daşıyır.

Rəşad Ələkbərov hazırda məhz belə bir atalar sözünü əsərində canlandırır: “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, yatma tülkü daldasında qoy yesin aslan səni”.

Məqsəd əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir

Fərid Rəsulov əsərlərində əsas mövzu kimi qoyunları təsvir edir. Onun sözlərinə görə, qoyunlar bir totem simvoludur: “Biz onların yunundan geyinir, ətini yeyir və gündəlik həyatda istifadə edirik. Genlərimizdə nəsildən-nəslə keçən mədəniyyətimiz var və bu, tarixdən günümüzə qədər zaman-zaman dəyişərək gəlib çatıb. Qoyun və quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub; biz onlardan asılı yaşamış, köçəri həyat sürmüşük. Hətta qədim dövrlərə aid quzu heykəllərimiz də mövcuddur". O, diqqətə çatdırıb ki, sərgidə əsas məqsədi məhz bu əlaqəni — əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir.

Vətən mənzərələri ilə tarixə səyahət

Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq diqqət yetirmədiyi detalların içindən tarixə aparır. O bildirib ki, əsərlərində vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı, öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur; indi isə biz həmin yerləri yaşayır, onları yenidən kəşf edirik.

Orxan Hüseynovun əsərləri tamaşaçını düşünməyə, ətrafını yenidən qiymətləndirməyə və öz köklərini hiss etməyə dəvət edir.

“Əcdadlar” sərgisi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi məkanın — yəni torpağın təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır.

Sərgi güclü və fərqli bədii ifadələr vasitəsilə izləyiciləri dərin fəlsəfi və emosional təəssüratlarla baş-başa buraxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri