Icma.az
close
up
RU
“Art Weekend” təqdim edir: “Şeh. Olmayan səhər” ekspozisiyası Şərq fəlsəfəsinin sükutuna işıq salır

“Art Weekend” təqdim edir: “Şeh. Olmayan səhər” ekspozisiyası Şərq fəlsəfəsinin sükutuna işıq salır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ DUY” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində qonaqların iştirakı ilə daha bir kurator turu İçərişəhərdə Şirvanşahlar Saray Kompleksində baş tutub.

AZƏRTAC xəbər verir ki, burada “Art Weekend” layihəsinin daha bir sərgisi “Şeh. Olmayan səhər” ekspozisiyası təqdim edilir.

Sərgidə rəssam Vüsalə Ağarəziyeva Şirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəli məqama çevrilən kontemplativ bir məkana bənzədir.

Heykəltəraşlıq instalyasiyaları, zərif video işləri və abstrakt rəsmlər vasitəsilə Vüsalə Ağarəziyeva şehin mahiyyətini – uzaqdan görünməyən, lakin yaxınlaşdıqca dərin dəyişdirici gücə malik olan, ötəri, amma təsirli təbiətini əks etdirir. Sərgi yaddaş, varlıq və reallığı necə qavradığımızı formalaşdıran incə keçidlər üzərində düşünməyə çağırır.

AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam bildirib ki, bu dəfə Şərq fəlsəfəsi və poeziyasının incə qatlarına üz tutaraq, “şeh” anlayışının simvolik mənasını, gecə ilə gündüzün qovuşduğu, ancaq tez itib gedən o sehrli anı öz əsərlərində canlandırıb: “Şeh insanın yalnız görməklə deyil, duymaqla anlaya biləcəyi bir haldır, qaranlıqla işığın arasında yaranan, duyğuların və düşüncənin sərhədlərini silən bir məqamdır. Bu anı dərk etmək üçün sadəcə baxmaq deyil, onu hiss etmək lazımdır”.

Sərgidə installyasiya, videoinstallyasiya və rəngkarlıq əsərləri bir-birini tamamlayaraq vahid fəlsəfi konsepsiya yaradır. Rəssamın bu dəfə metalla işləməsi isə diqqətçəkici yenilikdir. O, metalın sərtliyini və parlaqlığını “şeh”in həm soyuq, həm də mistik təbiəti ilə birləşdirərək yeni bir ifadə dili yaradıb. Onun əsərləri zərifliklə dərinliyi birləşdirir, uzaqdan görünməyən, lakin yaxınlaşdıqca izləyicini dəyişdirən bir güc daşıyır. Rəssamın yaradıcılığında keçicilik, dərinlik və səssiz enerjinin harmoniyası duyulur.

Kurator Nigar Rzayeva vurğulayıb ki, sərgi izləyicilər üçün bir növ sükutla danışan fəlsəfi məkan yaradır, burada hər detal bir anın nəfəsini, hər material isə iç sükunətin rəmzini daşıyır: “Şeh. Olmayan səhər” görünməyənin gözəlliyini görmək istəyənlər üçün açılmış yeni bir qapıdır. Vüsalə Ağarəziyeva sərgisi ilə Şərq fəlsəfəsinin sükutuna işıq salır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri