Arteta Arsenal tarixində bu göstəricidə hamını geridə qoydu
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Mikel Arteta bütün turnirlərdə azı 50 oyun keçirmiş "Arsenal"ın bütün baş məşqçiləri arasında ən yüksək qələbə faizinə malikdir.
İdman.Biz xəbər verir ki, bu barədə "Squawka" statistika xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin rəhbərliyi altında London klubu matçların 61%-də qələbə qazanıb. Bu göstərici üzrə ikinci yerdə 57% ilə Arsen Venger qərarlaşıb, daha sonra Unai Emeri (55%), Harri Bredşou (52%) və Herbert Çepmen (50%) gəlirlər.
Qeyd edək ki, "Arsenal" bu gün Arteta ilə müqavilənin 2030-cu ilə qədər uzadıldığını elan edib.
Baxış sayı:125
Bu xəbər 07 Oktyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















