Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.

Bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlərin ümumi həcminin 18 milyard 430 milyon manat, yerli xərclərin isə 735 milyon 575 min manat təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, şəhər və rayonların gəlirlərinin yerli xərclərini üstələyən və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 17 milyard 694 milyon 425 min manat müəyyən edilib. 

Gəlirlər və yerli xərclər üzrə göstəricilərə əsasən, Bakı şəhərinin gəlirlərinin 16 milyard 649 milyon 450 min manat, yerli xərclərinin isə 326 milyon 784 min manat olacağı gözlənilir. Paytaxt üzrə gəlirlərin yerli xərcləri üstələyən hissəsinin aşağı həddi 16 milyard 322 milyon 666 min manat təşkil edir. Digər şəhərlər arasında Sumqayıt üzrə gəlirlərin 288 milyon 300 min manat, yerli xərclərin 25 milyon 38 min manat, Gəncə üzrə müvafiq olaraq 152 milyon 350 min manat və 28 milyon 909 min manat olacağı proqnozlaşdırılır.

Rayonlar üzrə ən yüksək gəlir göstəricilərindən biri Abşeron rayonuna aiddir. Belə ki, rayonun gəlirlərinin 133 milyon 500 min manat, yerli xərclərinin isə 11 milyon 438 min manat olması nəzərdə tutulur.  Qeyd edək ki, qanun layihəsinin 10-cu maddəsinə əsasən, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, həmin ərazilərə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrıla bilər. 

Lakin 2027-ci il üçün təqdim olunan proqnozlarda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaya biləcəyi nəzərdə tutulur. Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması gözlənilir. 

Deputat Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, bütövlükdə, son illər rayonlara ayrılan subsidiya mərhələli şəkildə azaldılıb: 

“Nəzərə alsaq ki, 2026-cı ildə Xocavənd rayonuna dövlət büdcəsindən subsidiya ayrılırdı, amma təqdim olunan büdcə layihəsinə əsasən, artıq növbəti ildən etibarən rayonun yerli gəlirləri ilə xərcləri eyni olacaq. Eyni olduğu üçün dövlət büdcəsindən subsidiya ayrılmasına ehtiyac qalmayacaq”. 

O qeyd edib ki, bu, əslində rayonların inkişafı baxımından vacibdir:

“Çünki regionların inkişafı yerli gəlir mənbələrinin yaradılmasına gətirib çıxarır. Bu da dövlət büdcəsindən həmin istiqamətə ayrılan vəsaitə qənaət edilməsinə və qənaət olunan vəsaitin digər sahələrə yönəldilməsinə imkan verir. Ona görə də əsas məqsəd rayonların gəlirlərində yerli mənbələrin payını artırmaq və bununla da dövlət büdcəsindən asılılığı minimuma endirməkdir. Bu baxımdan, subsidiyalara daha az vəsait ayrılması həmin vəsaitlərin digər istiqamətlərə, o cümlədən sosial sahəyə, milli təhlükəsizliyimizin daha da gücləndirilməsinə və Qarabağın bərpasına yönəldilməsinə imkan yaradır. 2027-ci ildə rayonlara ayrılan subsidiyaların dayandırılması gözlənilən idi. Çünki bu il cəmi bir rayon - Xocavənd rayonu dövlət büdcəsindən subsidiya alırdı”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri