Artetadan hakim qərarına sərt etiraz
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 4-cü turunda “Sanderlend”lə oyunda qapılarına təyin olunan penalti qərarına etiraz edib.
QOL.az xəbər verir ki, “topçular” qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.
İspaniyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında hakimlərin qərarını sərt şəkildə tənqid edib:
“Əvvəla, belə bir hadisənin bu səviyyədə baş verməsi qəbuledilməzdir. Bu epizoda 20 dəfə baxmışam və belə bir vəziyyətdə penalti təyin etmək qərarının necə verildiyini, yaxud VAR-ın buna necə müdaxilə etdiyini heç cür başa düşə bilmirəm.
Təəssüf edirəm ki, belə möhtəşəm oyundan sonra bu qədər böyük və ciddi bir hadisəni müzakirə etməliyik. Çünki bu, mövsümün gedişatını dəyişə və çempionluq tituluna başa gələ bilər.
Biz bu işə çox böyük əmək sərf edirik. Belə səviyyədə bu cür hadisələr baş verməməlidir. Buna heç bir izah tapa bilmirəm.
İstərdim ki, bizim və “Sanderlend”in necə yaxşı oynadığından, liqanın səviyyəsindən və futbolun gözəlliyindən danışaq. Amma bunun əvəzinə tamamilə başqa məsələni müzakirə etməli oluruq”.
Baxış sayı:115
Bu xəbər 13 Sentyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















