Icma.az
close
up
RU
Artıq aliment birbaşa anaya verilməyəcək, bu cür ödəniləcək…

Artıq aliment birbaşa anaya verilməyəcək, bu cür ödəniləcək…

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Alimentin birbaşa anaya deyil, uşağın adına açılan bank hesabına köçürülməsi məsələsi qanunvericilikdə müəyyən hallarda mümkündür”.

Bu fikirləri vəkil Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Məhkəmə qətnamələrində alimentin iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulur. İddiaçı isə adətən uşağın yanında qalan valideyn olur. Əksər hallarda uşaqlar ananın himayəsində saxlanıldığı üçün aliment atadan tutularaq ananın xeyrinə ödənilir. Lakin uşağın atanın yanında qalması halında aliment anaya deyil, ataya ödənilə bilər”.

Vəkilin sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, uşaq kimin yanındadırsa, digər valideyn aliment ödəməlidir və bu, məhkəmə qətnaməsində də açıq şəkildə göstərilir.

Toğrul Məmmədov qeyd edib ki, Ailə Məcəlləsində alimentin müəyyən hissəsinin uşağın adına açılan hesaba köçürülməsi imkanı da nəzərdə tutulub:

“Qanunvericiliyə əsasən, alimentin 50 faizədək hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmək olar. Bu, adətən yüksək məbləğdə aliment ödənilən hallarda tətbiq edilir. Kiçik məbləğli alimentlərdə isə bu cür iddialar çox zaman təmin olunmur”.

Vəkil nümunə olaraq bildirib ki, əgər valideyn yüksək gəlirə malikdirsə və aylıq 1500–2000 manat aliment ödəyirsə, o zaman məhkəməyə müraciət edərək yaşayış minimumu və uşağın gündəlik xərcləri nəzərə alınmaqla müəyyən hissənin anaya ödənilməsini, qalan 50 faizinin isə uşağın adına açılan hesaba köçürülməsini tələb edə bilər.

“Bu vəsait uşağın 18 yaşına çatdıqdan sonra istifadə etməsi üçün nəzərdə tutulur”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri