Artıq hər kəs Pagani Utopia superkarını özü yığa bilər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın avtomobil modelləri istehsalçısı olan "Pocher" şirkəti "Pagani Utopia" superkarının yığılması üçün 1:8 miqyasında konstruktor dəsti buraxıb. O demək olar ki, min dollara başa gələcək və montaj ən azı 30 saat çəkəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Cartrottle" nəşri yazıb.
Superkarın kiçik modeli 556 hissədən və iki yüzdən çox vintdən ibarətdir. O işləyən sükan və asqı sistemi ilə təchiz olunub, qapıları açılıb bağlanır.
İstehsalçı avtomobilin orijinal "Brilliant Renaissance" rəngini qoruyub saxlayıb. Modelin təkər diskləri isə qızılı rəngdədir.
Qeyd edək ki, "Pagani" 2022-ci ildən 2024-cü ilə qədər cəmi 99 "Utopia" superkarı istehsal edib. Avtomobillərdən hər biri bir usta tərəfindən əl ilə yığılıb. Onların qiyməti 2,2 milyon dollardan başlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 İyun 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















