Icma.az
close
up
RU
Hər kəs öz bədəni ilə bağlı qərarı özü verməlidir

Hər kəs öz bədəni ilə bağlı qərarı özü verməlidir

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə etdiyi paylaşımla estetik prosedurlar ətrafında səslənən tənqidlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə instaqram hesabının hekayə bölməsində fikirlərini bölüşüb. Aktrisa bildirib ki, insanın xarici görünüşündə onu narahat edən məqamı dəyişmək istəməsi və bunun ona özünü daha yaxşı hiss etdirməsi normaldır:

"Qədərində edilən hər şey gözəldir. İnsan öz xarici görünüşündə onu narahat edən bir məqamı dəyişmək istəyirsə və bu dəyişiklik ona özünü daha yaxşı hiss etdirməyə kömək edirsə, mən bunda heç bir problem görmürəm. Estetik prosedurların məqsədi də, çox vaxt, insanın özünəinamını artırmaq və onu narahat edən kompleksləri aradan qaldırmaq olur.

Təəssüf ki, estetik prosedurlara müraciət edən insanlar tez-tez qınaq və tənqid hədəfinə çevrilirlər. Halbuki hər kəs öz bədəni və görünüşü ilə bağlı qərarı özü verməlidir. Təbii qalmağı seçən də öz seçimini edir, estetik müdaxiləyə müraciət edən də. Hər iki seçimə hörmətlə yanaşmaq lazımdır.

Əlbəttə, burada əsas məsələ həddi aşmamaqdır. Nəticə bayağılığa, vulqarlığa və süni görünüşə çevrilmədiyi müddətdə, insanın özünü daha rahat və xoşbəxt hiss etməsi üçün etdiyi dəyişikliklər tamamilə normaldır".

Aktrisa əlavə edib ki, insanın görünüşündə etdiyi dəyişikliyin başqaları tərəfindən tənqid edilməsi gülüncdür: 

"Heç vaxt başa düşə bilmirəm ki, bir insanın öz görünüşü ilə bağlı seçimi niyə başqalarını bu qədər narahat edir. Əgər xoşunuza gəlmirsə, sadəcə baxmayın. Amma kiminsə özünü daha yaxşı hiss etmək üçün etdiyi seçimə görə onu linç etmək, mühakimə etmək və ya alçaltmaq doğru deyil.
Hər kəs öz həyatı, bədəni və seçimləri ilə bağlı qərar vermək haqqına malikdir. Ən vacibi isə başqalarının seçimlərinə hörmət etməyi bacarmaqdır".

Qeyd edək ki, aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik etdirməsini ələ salması tənqid olunub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri