Artıq “Milan”a lazım deyil
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Yasin Adli tezliklə “Milan”ı tərk edəcək.
Rəhbərlik futbolçunu satmağa hazırlaşır. İnsayder Nikolo Skiranın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Lakin onu transfer edəcək klubun adı açıqlanmayıb.
Adli 2021-ci ildən “Milan”ın formasını geyir. O, komandada 39 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

