Artıq müharibəni davam etdirmək mümkün deyil Fidan
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bu müharibənin (Rusiya-Ukrayna) başlamasından təxminən 5 il ötüb. Artıq bu müharibəni davam etdirmək mümkün deyil. Buna görə də Rusiya və Ukrayna böyük fədakarlıq göstərərək razılığa gəlməlidirlər.
Axar.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan qeyd edib.
“Müharibədən sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlər yenidən formalaşdırılmalıdır. Çünki Ukraynanın Rusiya ilə əldə edəcəyi sülh yalnız iki ölkə arasında olmayacaq. Avropanın da Rusiya ilə müəyyən mənada barışmağa, bəzi münasibətləri yenidən bərpa etməyə ehtiyacı var”, - deyə Fidan əlavə edib.
Fidan Qara dənizdə ticarətin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırıldığını bildirərək, Rusiya taxılının, enerjisinin, Ukrayna taxılının və Ukrayna enerjisinin dünya bazarlarına çatdırıla bilmədiyinə diqqət çəkib:
“Bu istiqamətdə çox geniş və intensiv təmaslarımız var. Xüsusilə, taxılın Qara dəniz vasitəsilə daşınaraq beynəlxalq bazarlara çatdırılması üçün ciddi səylər göstəririk. Ümid edirəm ki, bu müharibə də dayandırılacaq. Çünki çox sayda insan həlak olur və bunun bədəli çox ağırdır. Həm iqtisadi, həm də geostrateji baxımdan xərcləri yüksəkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Noyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















