“İran müharibəni davam etdirmək istəmir”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Müharibəni İran başlamayıb və davam etdirmək istəmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı deyib.
Pezeşkian bildirib ki, İran müharibənin tərəfdarı deyil, lakin özünümüdafiə hüququ çərçivəsində addımlar atır.
“İran müharibəni başlatmadı və davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb”, – deyə o vurğulayıb.
İran Prezidentinin sözlərinə görə, Tehran regionda qeyri-sabitlik yaratmaq niyyətində deyil və bu baxımdan BRICS ölkələrinin regional sülh, sabitlik və təhlükəsizliyin qorunmasında daha fəal rol oynaması vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:242
Bu xəbər 13 Mart 2026 04:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















