Icma.az
close
up
RU
Artıq Türkiyə regional deyil qlobal oyunçudur

Artıq Türkiyə regional deyil qlobal oyunçudur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Suriyadakı sabit və sakit həyat bir müddətdir ki, ciddi qarşıdurmalarla müşayət olunur. Suriya ordusu Hələb–İdlib yolunda əlavə qüvvələr yerləşdirib. Bu addım Hələbdə SDQ ilə baş verən toqquşmalardan sonra atılıb. Şəhərdə döyüşlər davam edir. Yaşayış ərazilərinin minaatanlardan atəşə məruz qaldığı bildirilir, mülki əhali üçün təhlükə hələ də qalmaqdadır. Suriyanın yenidən döyüş meydanın çevrilməsinin səbəbi nədir?, - sualı ilə politoloq Bakir Həsnbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Suriya 14 ilə qədər müxtəlif dövlətlərin poliqonu olub. Əsəd rejimi bu ölkənin mövcud vəziyyətə düşməsinin ən böyük günahkarıdır. İllərlə bu bölgə maraqların toqquşduğu məkan olub. əş-Şaranın hərbi çevrilişindən sonra Türkiyənin dəstəyi ilə ölkədə müvəqqəti hökumət yaransa da, lakin bu hökumət bütün Suriya ərazinə nəzarət imkanında deyildi.

Müxtəlif hərbi qruplar tam ləğv edilməmişdi. Onların nəzarətində olan ərazilərdə illərlə möhkəmlənməyi bacaran bu qüvvələrin nə vaxtsa yenidən baş qaldıracaqları gözlənilən hadisə idi. Çünki bu qüvvələrin uzun müddət öz varlıqlarını qoruması üçün ciddi dəstək aldıqları ölkələr dünayanın yenidən bölüşdürülməsi projesində Yaxın Şərqdən imtina etməyi düşünmürlər.

Suriya bu coğrafiyanın həmin maraqların təmin edilməsində ən optimal variantdır. Ölkədə illərlə davam edən vətəndaş müharibəsi milli birliyin formalaşmasına da ciddi əngəllərdən biridir. Çoxlu sayda əşirətlər nəzarətlərində olan silahlı qüvvələrdən və ərazilərdən imtina etməyi düşünmürlər. Bu vəziyyətin ən başlıca səbəbi mövcud hakimiyyətə inamsızlıqdan başqa qarşılıqlı etimadın olmamasıdır. Suriyada ən böyük qruplaşma isə illərlə ABŞ-la və İsraillə müttəfiqliq etmiş, silah-sursat, maliyyə və siyasi dəstək almış terror qruplaşması olan PKK-nın Suriya qolu SDQ-dir.

ABŞ illərlə bu qruplaşmadan özünün proksi qüvvəsi kimi istifadə edib. Səbəb kimi regionda geniş əraziyə nəzarət edən İŞİD-lə mübarizə əsas gətirilib. Əslində isə ABŞ-ın SDQ-nın varlığını qorumaq üçün atdığı addımlar bu gün baş verən hadisələr hesablanmışdı. Türkiyənin bölgədə heç bir zaman olmadığı qədər möhkəmlənməsi hətta NATO-dakı müttəfiqlərini belə ciddi narahat edirdi. Və bu narahatlığın nə vaxtsa SDQ üzərindən özünü biruzə verəcəyi də məlum idi.

Lakin artıq hakimiyyətdə qalmaq üçün müxtəlif maraqların təminatçısı olan Əsəd rejimi artıq yoxdur. əş-Şara vahid Suriya yaratmaqda iddialı görünür. Bu prosesdə Türkiyə ona istər siyasi, istərsə də hərbi dəstək verir. Nəzərə alsaq ki, artıq Türkiyə regional deyil qlobal oyunçudur. Hətta ABŞ zaman-zaman bu qlobal oyunçunun mövqeyi ilə barışmaq məcburiyytində qalır. Belə olan təqdirdə Türkiyənin Yaxın Şərq projesinin əsasını təşkil edən Suriyada ona mane olmaq mümkün olmayacaq.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri