Icma.az
close
up
RU
Arvadım dedi ki, uşaq sənin deyil, səndən kişi olmayacaq, mən də döydüm

Arvadım dedi ki, uşaq sənin deyil, səndən kişi olmayacaq, mən də döydüm

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Cavid həyat yoldaşı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavid hadisə günü həyat yoldaşına zəng edib və birgə nikahdan olan övladını dənizə aparmaq istədiyini bildirib.Amma Nazilə ərinin bu təklifinə rədd cavabı verib.
Daha sonra Cavid bu məsələ ilə bağlı telefon danışığı zamanı aralarında mübahisə yarandıqdan qısa müddət sonra Nazilənin işlədiyi dövlət qurumlarından birinin Mingəçevir şəhərində olan idarəsinə gəlib. O, bır qədər əvvəl telefon danışığı zamanı aralarında baş verən, şəxsi münasibətlər zəminində yaranmış mübahisəni dövlət qurumunun inzibati binasında da davam etdirib.
Daha sonra Cavid yumruqla arvadının baş və üz nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, məlum hadisə günü təxminən saat 18:20-də arvadı Naziləyə zəng edib, uşaqları dənizə aparacağını bildirib: “Nazilə isə uşaqların xəstə olduğunu, onları aparmağa icazə verməyəcəyini, ondansa kreditlərini ödəməli olduğumu bildirdi. Habelə müxtəlif bəhanələrlə uşağı mənə verməyəcəyini, mənim uşağım olmadığını, uşaqları mənə göstərməyəcəyini bildirdi. Bu sözlərdən sonra möhkəm qəzəbləndim. Pulu başqa yerlərə xərcləyəcəyimi, ona bir qəpikdə olsun pul verməyəcəyimi, öz həyatımı yaşayacağını dedim. Bu zaman Nazilə telefonu üzümə söndürdü”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra əsəbləşərək arvadının işlədiyi iş yerinə gedib və içəri daxil olduqdan sonra arvadı ayağa qalxaraq səs-küy salıb: “Nazilə qışqıraraq, mənim rədd olub getməyimi, məndən kişi olmayacağını, gedərək öz həyatını yaşamağımı bildirdi. Bu sözlərdən sonra hisslərimi cilovlaya bilmədim. Nazilə qapıdan çölə çıxarkən qışqırdığı zaman qapının yanında yumruqla bir dəfə onun alın nahiyəsinə vurdum. Zərbənin təsirindən onun alnı çapıldı. Bundan sonra orada olan işçilər mənə etdiyim hərəkətlərin ayıb olduğunu bildirdi, getməyimi məsləhət gördülər. Mən də oradan getdim. Bundan sonra arvadım ilə əlaqə saxlamadım”. 
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Cavid 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Mingəçevir şəhərinin hüdudlarını tərk etməsi, həmçinin Mingəçevir şəhərində yerləşən yaşayış yerini bu müddətdə hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri